İxraca Dəstək Mərkəzi vasitəsi ilə avtomobil aksessuarları və yağları ixrac edilib
Azərbaycanda fəaliyyət göstərən “AV İmpex ” MMC “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Gürcüstana avtomobil aksessuarları və yağlarını ixrac edib.
“AV İmpex ” MMC-nin nümayəndəsi Vüsal Civişovun ABŞ, Hindistan və Çindən idxal etdiyi avtomobil aksessuarları və yağlarının Gürcüstana ixracı üçün tələb olunan sertifikatlar barədə ərizəsi müsbət cavablandırılıb. İqtisadiyyat Nazirliyinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə inteqrasiya olunan xidməti ixrac üçün mənşə sertifikatının 4 saat müddətində tam hazır edərək sahibkara təqdim edib.
“AV İmpex ” MMC-nin nümayəndəsi Vüsal Civişov sertifikatı əldə etdikdən sonra bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə ixrac olunan sertifikatı qısa müddətdə əldə etməyə nail olub. O əlavə edib ki, Mərkəzdə sahibkarların effektiv və səmərəli ixracı üçün hər bir şərait yaradılıb.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
43 d. əvvəl
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
- 49 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
2 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
3 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir