Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Kənd Təsərrüfatı Nazirliyi “Caspian American Forum Baku – 2017”ni rəsmi şəkildə dəstəkləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd Təsərrüfatı Nazirliyi “Caspian American Forum Baku – 2017”ni rəsmi şəkildə dəstəkləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dekabrın 8-də Bakıda keçiriləcək “Caspian American Forum – 2017”yə rəsmi dəstək verəcək. Bu barədə Azəbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin Caspian American Club rəhbərliyinin adına ünvanlanmış rəsmi cavab məktubunda qeyd olunub.

 

Reklam_3_11

Məktubda həmçinin bildirilir ki, forumda nazirliyin rəhbərliyinin iştirakı planlaşdırılır. 

 

Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian American Forum Baku – 2017”də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu dövlətlərini təmsil edən şirkətlərin 300-dən artıq nümayəndəsinin iştirak edəcəyini qeyd edib. O bildirib ki, sözügedən forum Xəzər regionu, Şimali və Cənubi Amerika ölkələrinin şirkət və bazarlarının biznes-dialoqunun, ticari əlaqələrinin, əməkdaşlığın yeni istiqamətlərinin stimullaşması üçün informasiya meydanı rolunu oynayacaq. 

 

 Forumun birinci sessiyası enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ enerjinin inkişafına həsr olunacaq.

 

Forumun ikinci sessiyasında qeyri-neft sektorunun, xüsusilə maliyyə, nəqliyyat, aqrosənaye, turizm, inşaat və İKT-nin bu gün üçün aktual olan layihələrinə toxunulacaq.

 

 Forumda iştirak üçün bu link vasitəsilə qeydiyyatdan keçin: http://caspianenergyforum.com/american/index.php/en/

 

Telman Əliyev həmçinin əlavə edib ki, “Caspian American Forum Baku – 2017”nin keçirildiyi ərəfədə - noyabrın 11-də Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak edəcəyi “Caspian Energy Agro-industry and FMCG Forum” təşkil olunacaq.  

05.09.2017 12:55

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ