Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

1 hektar ərazidə neçə bina inşa edilə bilər?

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 hektar ərazidə neçə bina inşa edilə bilər?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bəzən paytaxtda yaşayış evlərinin tikintisi zamanı şəhərsalma qayda və normalarına ciddi riayət edilmir. Belə ki, binalar arasındakı məsafə çox yaxın olur, eləcə də yaşıllıq sahəsinə yer ayrılmır. Ümumiyyətlə, Şəhərsalma və Tikinti Məcəlləsinə görə 1 hektar ərazidə neçə bina inşa edilə bilər?

 

Reklam_3_11

Bu sualla Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatova müraciət edilib.

 

İnstitut direktoru bildirib ki, hər hansı bir ərazidə bina tikintisi bir hektar prinsipinə görə deyil, yaşayış ərazilərinin planlaşdırılması tələbatlarına uyğun olaraq aparılmalıdır. Yaşayış ərazilərinin də minimal ölçüsü kimi normativ sənədlərdə 10-30 hektar ərazi göstərilir. Yaşayış ərazisi dedikdə, təkcə yaşayış binaları deyil, insanların yaşayışı üçün zəruri olan digər sosial obyektlər, o cümlədən məktəblər, uşaq bağçaları, yaşıllıqlar, məişət və əyləncə obyektləri, eləcə də, istirahət yerləri nəzərdə tutulur. Layihəçilər istər ərazi planlaşdırma, istərsə də tikinti layihələrini hazırlayarkən mütləq normativ tələblərə riayət etməlidirlər.

 

İ.İsbatov qeyd edib ki, hazırda bütün layihələr qanunvericilikdə nəzərə tutulmuş razılaşdırma prosedurlarından, ekspertizadan keçdikdən, müvafiq qurumlar tərəfindən təsdiqləndikdən sonra tikinti işlərinə başlanılır.

 

İnstitut rəhbəri, həmçinin xatırladıb ki, tikinti işləri dövlət müəssisələri ilə yanaşı, özəl şirkətlər, sahibkarlar tərəfindən də maliyyələşdirilir. Sahibkar isə təbii olaraq, yatırdığı investisiyanın müqabilində maksimal gəlir götürmək istəyir. Odur ki, layihələr hazırlanarkən normativ tələblərə əməl olunmaqla yanaşı, sahibkarın da maraqları nəzərə alınmalıdır. Bu zaman həmin ərazidə yaşayacaq insanların bütün tələbatları, o cümlədən bir nəfərə düşən yaşayış sahəsinə, mənzillərin təbii işıqla işıqlanmasına və təhlükəsizliyinə görə nə tələb olunursa, layihədə öz əksini tapmalıdır.

 

© Azərtac

05.09.2017 13:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ