Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Milyarder Buffetın sirləri

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milyarder Buffetın sirləri
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyaca məşhur investor Uorren Buffett ofisinə necə gedir, gün ərzində nələr edir?


 
-Milyarder sərmayəçi Uorren Buffett (Warren Buffett ) smartfon istifadə etmir, köhnə model qapaqlı sadə telefonlara üstünlük verir. 

Reklam_3_11

 

-Hər kəs kənar durmasına baxmayaraq "Snapchat"in ən böyük investorlarından biri də Buffett-dir.


 
-Texnologiyadan çox az istifadə edən Uorren Buffett-ın ofisində kompüter də yoxdur, hətta istifadə etmir də. Həyatında bir dəfə mail göndərmişdir.

 

-Buffett, kitab və müxtəlif məqalələr oxuduğunu deyir. Öz təbirilə, gününün 80%-ni ofisində oturub kitab oxumaqla keçirir.


 
-Məşhur milyarderin əl çəkmədiyi vərdişlərindən biri də kola içməkdir. "Gündə 2700 kalori alıramsa bunun dörddə biri Coca Cola-dan. Hər gün ən az 5 şüşə kola içirəm", deyib.

 

 
-2013-ci ildə gündə orta hesabla 37 milyon dollar gəliri olan Buffett rekorda da imza atmışdır. O ilin ən çox qazanan aktyoru Jennifer Lawrence-ın illik gəlir cəmi 34 milyon dollar idi.


 
-Buffett bir ölkə olsa 80 milyard dolları aşan ümumi sərvətilə 140-dan çox ölkəni geridə qoyur. 

 


-Buffett xəsis bir xarakterdir. Belə ki, fürsət tapanda ictimai nəqliyyatdan belə  istifadə edir.


 
-Digər tərəfdən, milyarder xərcləməkdə xəsis olsa da, verərkən səxavətlidir. Bill Qeyts ilə birlikdə 2010-ci ildə yaratdıqları "Giving Pledge" adlı təşkilatla bütün zənginləri sərvətlərini bağışlamağa çalışırlar.

 

-Uorren Buffett bu ana qədər qarşılıq gözləmədən təxminən 30 milyard dollar ianə verib.

 

Uorren Buffett 30 Avqustda 87 yaşına girib. O, sərvətinin 99%-mi 50 yaşından sonra qazanıb.

05.09.2017 13:53

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ