Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AccessBank aztəminatlı ailələrin uşaqlarını sevindirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank aztəminatlı ailələrin uşaqlarını sevindirib

Artıq bir neçə gündən sonra yeni tədris ili başlayır.

 

Reklam_3_11

Hər bir məktəbli bu tarixi səbirsizliklə gözləyir. Çünki, yeni tədris ilinin başlanması ilə onlar sevimli çantaları ilə məktəbə gedərək yeni biliklərə yiyələnəcəklər.

 

Yarandığı tarixdən etibarən 100-dən çox sosial layihə həyata keçirən AccessBank, 15 sentyabr – “Bilik Günü” ilə əlaqədar Azərbaycanın müxtəlif rayonlarında “Mənim sevimli çantam”adlı növbəti sosial layihə həyata keçirdi. Layihə çərçivəsində Azərbaycanın fərqli bölgələrindən 200-ə yaxın aztəminatlı ailə seçildi və onlara məktəb çantası və ləvazimatları hədiyyə edildi. Bank tərəfindən həyata keçirilən bu sosial aksiya çərçivəsində uşaqlara məktəbli çantası, qələm, karandaş, rəngli flomaster, dəftər və s. ləvazimatlar daxil olan məktəbli dəsti hədiyyə olundu.

 

Keçirilən tədbirlərdə aztəminatlı ailələrdə yaşayan uşaqlar ilk məktəb çantasını almaq sevincini yaşadılar. Bank əməkdaşları uşaqlara dərslərində müvəffəq olmalarını, yaxşı biliklərə sahiblənməyi və gələcəkdə öz ölkələrinin tanınmış mütəxəssisləri olmağı arzu etdi və bu uşaqları sevindirmək imkanını əldə etdikləri üçün çox məmnun olduqlarını bildirdilər. Bütün uşaqlar, ailələrinin ümidlərini və böyüklər tərəfindən onlara göstərilən diqqət və qayğını doğrultmaq üçün daha da yaxşı oxuyacaqlarına və daha çox nailiyyətlər əldə edəcəyinə söz verdilər.

 

Belə təşəbbüs və aksiyalar həyata keçirməklə, AccessBank aztəminatlı ailələrin uşaqlarına dəstək olaraq və ölkədə təhsil səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verməyə davam edəcək.

05.09.2017 14:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ