Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

20 yaşlı azərbaycanlı xanımın səyahət layihəsi maraq doğurur

iç səhifə xəbər başlığı altı (mobil)_31
20 yaşlı azərbaycanlı xanımın səyahət layihəsi maraq doğurur

20 yaşı olan Sara Rəcəbli bu il Azərbaycan Turizm və Menecment universitetini bitirib. Universitetdə  turizm və qonaqpərvərlik ixtisasına yiyələnmiş Sara Rəcəbli birinci kursdan Mədəniyyət və Turizm Naziriyi, Avropa İttifaqı səfirliyi, Fairmont oteli, Fireflies turizm şirkətində könüllü və təcrübə proqramlarında iştirak edib.

 

Reklam_3_11

Hal-hazırda "Free to Travel" (Facebook)  və "Buta Art & Sweets" (FacebookInstagram ) layihələrin təsisçisidir, NAYORA-nın Gənc Elçilər proqramın üzvü, “EU Neighbours East” layihəsinin Gənc Avropalı Səfiri kimi fəaliyyət göstərir.

 

Sara Rəcəbli “Marja”ya bildirdi ki, "Free to travel" layihəsi artıq bir ildən çox fəaliyyət göstərir.Heç bir investisiya qoyulmadan Facebookda 55 ölkədən 1900+ izləyici toplaya bilib:

 

“Əsas məqsəd gəncləri "mümkünsuz" pulsuz və aşağı büdcəli səyahətlərə ruhlandırmaqdır.Əsas fəaliyyət gənclərin hekayələrinin paylaşımındadır. Artıq bu günə kimi 40 ölkədən 60+ gəncin hekayəsi paylaşılıb, 40 şəhərdə olan pulsuz imkanlar haqqında postlar paylaşılıb, 20+ gəncə belə imkanlar və proqramların tapılmasında yardım göstərilib. Heç vaxt bilməzdim ki, nə vaxtsa layihələr icra edə biləcəm. Bakalavr dövründə  Almaniyada Yade Universitetində bir semestr təhsil aldım və orda olarkən solo tur təşkil etmişdim. Çox limitli büdcə ilə tək səyahət etmək həqiqətən riskli idi və bu mənə gələcək  heyatımda çox kömək etdi. Solo səyahətim zamanı bir çox pulsuz imkanlardan isitfadə etdim (Couchsurfing, pulsuz turlar, muzeylərə və görməli yerlərə pulsuz giriş). Bu günə kimi DAAD, Avropa Komissiyası, Erasmus+, Gənclər Fondu, Tatarstan Respublikasın Gənclər Nazirliyinin təqaüdlərini qazanaraq  Azərbaycanı Ukrayna, Rusiya, Almaniya, Gürcüstan, Qırğızstan, Mərakeş, Türkiyə, İsveç, Polşa və Belçikada təmsil etmişəm. Öz  və digər gənclərin təcrübəsini bir platformada paylaşmaq istədim. “Free to Travel” Avropa İttifaqının Türkiyə,İsveç, Polşa, Belçikadakı layihələrində təmsil olunmuşdur”.

 

Sara Rəcəbli qeyd etdi ki, "Buta Art & Sweets" layihəsi bu ilin avqustunda yaradılıb:

 

“Əsas məqsəd Azerbaycan mədəniyyətinin elementlərini xaricdə layiqincə təmsil etdirməkdir. Sıfır büdcə ilə başlayırıq.Həmçinin də buraya fiziki cəhətdən məhdudiyyətli xanımlarımızı işə dəvət edirik ki ,onlar özlərini cəmiyyətimiz üçün lazımlı hiss etsinlər və öz gəlirləri də olsun. Planlarımız, ideyalaramız coxdur.  “Azerbaijanis in the world”təşkilatına məxsus olan  www.aziw-network.com/e-ntrepreneur  sayti ilə da əməkdaşlıq edirik, kəlağayılarımız xaricdə yaşayan Azerbaycanlılar və xaricilər üçün satışa qoyulub”.

 

Sara Rəcəbli, “Hara getmişəmsə, həmişə bizim gənclərimizin istedadı, savadı, dünya görüşü, fərasətinə görə fəxr etmişəm. Biz inanmalıyıq ki, biz güclüyük. Əgər hər şeyə düzgün yanaşırıqsa, heç nə mümkünsüz olmur”,- deyə əlavə etdi.

05.09.2017 16:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ