Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Qiymət dəyişikliyinin hər hansı sahəyə təsirindən danışmaq yersizdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qiymət dəyişikliyinin hər hansı sahəyə təsirindən danışmaq yersizdir"

“Azərbaycanda “Aİ-98 super” markalı benzinin bahalaşması heç bir sahəyə təsir etməyəcək”. Bu barədə açıqlamasında İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib.


 
“Sözügedən markalı benzin Azərbaycanda istehsal olunmur və idxala bağlıdır, bu səbəbdən onun qiyməti dövlət tərəfindən tənzimlənmir. Beləliklə, qiymət dəyişikliyinin hər hansı sahəyə təsirindən danışmaq yersizdir. Bəzi xəbər saytlarının bu mövzuda ajiotaj yaratması yolverilməzdir”, - deyə A. Əliyev qeyd edib.

Reklam_3_11


 
Qurum rəsmisi bildirib ki, “Super” markalı benzindən çox az sayda lüks avtomobillərdə istifadə olunur.


 
Xatırladaq ki, bu gündən etibarən Azərbaycanda "Aİ-98 super" markalı 1,20 manatdan 1,30 manatadək bahalaşıb.

 

"Super" markalı benzin yalnız "SOCAR Petroleum" QSC-nin yanacaqdoldurma məntəqələrində satılır.

 

Adıçəkilən şirkətin mətbuat xidmətindən bildirilib ki, qiymət artımı bu gün səhər 08:00-dan etibarən baş verib. "Bilirsiniz ki, "Super" markalı benzin Azərbaycana idxal olunur və yalnız SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində satılır. Qiymət artımına səbəb mənbədə, yəni Rumıniyada bu markadan olan benzinin bahalaşmasıdır", - deyə şirkət rəsmisi bildirib.

05.09.2017 18:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ