Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Nazirlikdən benzinin bahalaşmasına dair şərh

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlikdən benzinin bahalaşmasına dair şərh
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycanda “Aİ-98 super” markalı benzinin bahalaşması heç bir sahəyə təsir etməyəcək”.

 

Bu barədə açıqlamasında İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib.

 
“Sözügedən markalı benzin Azərbaycanda istehsal olunmur və idxala bağlıdır, bu səbəbdən onun qiyməti dövlət tərəfindən tənzimlənmir. Beləliklə, qiymət dəyişikliyinin hər hansı sahəyə təsirindən danışmaq yersizdir. Bəzi xəbər saytlarının bu mövzuda ajiotaj yaratması yolverilməzdir”, - deyə A. Əliyev qeyd edib.

 

 
Qurum rəsmisi bildirib ki, “Super” markalı benzindən çox az sayda lüks avtomobillərdə istifadə olunur.

 

 
Xatırladaq ki, bu gündən etibarən Azərbaycanda "Aİ-98 super" markalı 1,20 manatdan 1,30 manatadək bahalaşıb.


 
"Super" markalı benzin yalnız "SOCAR Petroleum" QSC-nin yanacaqdoldurma məntəqələrində satılır.


 
Adıçəkilən şirkətin mətbuat xidmətindən bildirilib ki, qiymət artımı bu gün səhər 08:00-dan etibarən baş verib. "Bilirsiniz ki, "Super" markalı benzin Azərbaycana idxal olunur və yalnız SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində satılır. Qiymət artımına səbəb mənbədə, yəni Rumıniyada bu markadan olan benzinin bahalaşmasıdır", - deyə şirkət rəsmisi bildirib.

05.09.2017 16:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ