Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bazara çıxarılmamış satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazara çıxarılmamış satılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fermerlər 6 min ton düyü istehsal edəcəklərinə əmindir

 

Ağdaşın kəndli fermerləri sentyabrın 4-də çəltik biçininə başlayıblar.

 

Rayon kənd təsərrüfatı idarəsinin rəisi Elsevər Baxışov bildirib ki, hazırda ölkəmizin 11 rayonunda, o cümlədən Ağdaşda çəltik yetişdirilir. Ağdaş ölkənin ən böyük çəltikçilik rayonu hesab edilir. Belə ki, respublikada əkilən çəltik sahələrinin yarısı Ağdaşın payına düşür və bu rayon demək olar ki, çəltikçilik üzrə ixtisaslaşıb. Hazırda digər rayonlarda çəltiyin yetişmə dövrü olduğu halda Ağdaşda artıq məhsul yığımına başlanılıb. Kəndlilərin sahələrə lazımi aqrotexniki qulluq göstərməsi nəticəsində bol məhsul əldə edilib. Rayonda biçin prosesinə 20 ədəd kombayn və bir o qədər yük avtomobili cəlb olunub. Məhsulun vaxtında və itkisiz toplanılması üçün bütün qüvvələr səfərbər edilib.

 

Elsevər Baxışov qeyd edib ki, cari ildə Ağdaş rayonunun 59 yaşayış məntəqəsində 360 fermer və torpaq mülkiyyətçisi tərəfindən 2454 hektar sahədə çəltik əkilib. Bu, 2014-cü illə müqayisədə təqribən 5 dəfə, ötən illə müqayisədə 2 dəfə çox olmaqla respublikada əldə edilən ən yüksək göstəricidir. Yerlərdə aparılan monitorinqlər onu deməyə əsas verir ki, bu il hər hektardan çəltiyin məhsuldarlığı 30-35 sentner olacaq və təqribən 8 min tona yaxın çəltik, yəni 6 min tonadək təmiz düyü istehsal ediləcək. Bu da təxminən 12 milyon manat vəsait və yaxud 7 milyon manat xalis gəlir deməkdir. Rayonun Orta Ləki kənd sakini Ramiz Abdullayev, Qaradağlı kənd sakini Əli Musayev, Qəribli kənd sakini Nicat İsmayılov, Yenicə kənd sakini Zəhmət Məmmədov rayonun ən böyük çəltik istehsalçılarıdır.

 

KİLOQRAMI 1,5-2 MANATA SATILIR

 

Bu il Ağdaş rayonunda çəltik əkini, becərilməsi və biçini ilə əlaqədar 2200 nəfər mövsümi işlə təmin olunub. Ağdaşlı fermerlər “Yerli bezos”, “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa”, “Ağ gilə” sortlarının əkilməsinə daha çox üstünlük verirlər. Ölkəmizdə istehsal olunan digər kənd təsərrüfatı məhsulları kimi yerli düyü ekoloji cəhətdən təmiz, qidalılıq fərqinə görə idxal edilən düyülərdən daha keyfiyyətlidir. Təsadüfi deyildir ki, yetişdirilən yerli düyü bu gün daxili bazarda “Ağdaş düyüsü” adı ilə tanınır və bir kiloqramı 1.5-2 manata müştərilərə satılır.

 

6 MİN TON TƏMİZ DÜYÜ GÖZLƏNİLİR

 

Rayonda çəltikçiliyin inkişaf dinamikasına nəzər salan idarə rəisi Elsevər Baxışov ötən il Ağdaşın 35 kəndində 175 fermer tərəfindən ümumilikdə 1311 hektar sahədə çəltik yetişdirildiyini və 2386 ton məhsul toplanıldığını söyləyib. Ötən il məhsuldarlıq hər hektarda 18.2 sentner olub. Bu il isə ötən ildəkindən iki dəfə çox, yəni 2454 hektar sahədə çəltik əkini aparılıb və 8 min ton məhsul tədarükü, 6 min tondan artıq təmiz düyü məhsulunun əldə edilməsi gözlənilir.

 

ELƏ DƏYİRMANDACA MÜŞTƏRİLƏRƏ SATILIR

 

İdarə rəisinin sözlərinə görə biçilən çəltik rayonda mövcud olan 7 dəyirmanda emal olunaraq keyfiyyətli düyü əldə edilir. Ağdaşda çəltik yetişdirmək kəndlilərin dolanışıq şəraitinə müsbət təsir edir. Ona görə də rayonda bu məhsulun istehsalına maraq ildən-ilə artır. Çəltik sahələrinin ötən illə müqayisədə bu il iki dəfə genişləndirilməsi buna əyani sübutdur. Torpaq mülkiyyətçiləri yüksək keyfiyyəti ilə tanınan “Ağdaş düyüsü”nü satmaqda heç bir problemlə qarşılaşmırlar. “Ağdaş düyüsü” hələ bazara çıxarılmamış, elə dəyirmandaca müştərilərə satılır.

 

ŞORANLAŞMANIN QARŞISINI ALIR

 

Elsevər Baxışovun sözlərinə görə Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsinin başqa bir səmərəli faydası da var. Belə ki, daim su içində yetişən çəltiyin əkilib-becərildiyi torpaqlarda şoranlaşmanın qarşısı alınır. Hər il aprel-may aylarında çəltik toxumunun səpini aparılır və sonra sahələrə su buraxılır. Üç aydan çox suyun içində qalan çəltik tam yetişdikdən sonra sahələrə su verilişi dayandırılır və sentyabrda torpaq quruduqdan sonra biçinə başlanılır. Şoran torpağa əkilən çəltik daim suyun içində olduğu üçün həmin ərazidəki yeraltı qrunt suları torpağın üzərinə çıxmır və tədricən şoran torpaqlar yuyulur. Çəltik şoran torpaqları saflaşdırdıqdan sonra onun yerində taxıl və tərəvəz əkini də aparmaq mümkün olur. Çəltikçiliklə məşğul olan kəndlilər hər hektara görə dövlətdən ildə 90 manat məbləğində subsidiya alırlar. Düyü istehsal etməklə maddi gəlirlərini artıran fermerlər ildən-ilə çəltikçiliyi inkişaf etdirirlər. Gələn il rayonda 3 min hektardan çox sahədə çəltik əkilməsi, eləcə də çəltik emalı müəssisəsinin, məhsul qəbulu məntəqəsinin, anbarların və çəltik qurutma meydançalarının inşası nəzərdə tutulur.

 

© Azərtac

06.09.2017 06:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ