Ən yuxarı (mobil)_30

ABŞ: Kiber hücum əmrini Putin verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ: Kiber hücum əmrini Putin verib

Rusyanın  kiber hücum yolu ilə ABŞ-dakı prezident seçkilərinə təsir etdiyinə ABŞ prezidenti seçilmiş Donald Trump inanmadığını bildirib. ABŞ kəşfiyyat qurumlarının mövzu ilə bağlı son hesabatında isə Rusiya Prezidenti Vladimir Putinin "əmri şəxsən verdiyi" iddia edilib.


 
 ABŞ-da, 8 Noyabr 2016-cı il tarixindəki prezident seçkisinə Rusiyanın kiber hücum yolu ilə təsir edib etmədiyinə dair mübahisələr davam edir. Trump, bu barədə kəşfiyyat rəsmilərindən ilk dəfə brifinq alıb.


 
Toplantının ardından verdiyi yazılı açıqlamada, "səmərəli və konstruktiv bir görüş olduğunu" bildirən Trump, Rusiyanın seçkilərdə hər hansı bir təsirinin olmadığına inandığını vurğulayıb.


 
Bir çox ölkənin ABŞ-ın kompüter bazasına sızmağa çalışdığını qeyd edən Trump, "Ancaq seçki nəticələrinə heç bir təsiri olmamışdır. Səsvermə maşınlarına da hər hansı bir şəkildə müdaxilə olmayıb"- ifadələrini istifadə etdi.

07.01.2017 07:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ