Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Avro/dollar Draghi ilə 1.20-ni keçə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Avro/dollar Draghi ilə 1.20-ni keçə bilər"

Avropa Mərkəzi Bankının faiz qərarı Cümə axşamı günü açıqlanacaqdır.

 

"Marja" xəbər verir ki, Bankın faiz nisbətlərində dəyişiklik edəcəyi gözlənilmir. 

 

Əksər iqtisadçı bu toplantıda sədr Mario Draghi-nin monetar təşviq proqramının azaldılacağına dair bəyanat verəcəyini də gözləmir. 


Draghi-nin Avro Bölgəsi ixracatçılarının rəqabət gücünü təhdid edən Avronun bahalaşması məsələsində edəcəyi açıqlamalar əhəmiyyətli olacaqdır.


 
"Yapı Kredi Yatırım"ın Baş strateqi Murad Berk sabahkı iclasının məzənnələr və Birjalar baxımından əhəmiyyətli olacağını və Avro/dolların 1.20-ni keçə biləcəyini söyləyib.


 

Berk "Draghi-nin sabah məzənnə məsələsinə heç danışmaması vəziyyətində belə avro sürətlə 1.20-ni aşar, bu da Avropa Birjalarına ciddi satış gətirəcəkdir. Draghi əgər "Avronun dəyər qazanması bizə mənfi təsir göstərir, çox tələsməyəcəyik" kimi sözlər deyərsə Avro çox ciddi dəyərdən düşə bilər. Hazırda Avronun qiymətindən narahat olduqlarına dair siqnallar artır. Sabah volatil bir gün ola bilər" deyə bildirib.


 
Faiz qərarı sabah Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaqdır.

06.09.2017 10:05

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ