Ən yuxarı statik reklam-3_3

Qiymətləri sürətlə düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiymətləri sürətlə düşür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Elektrikli avtomobil rəqbətinə Nissan da ikinci nəsil "Leaf" modeli ilə qatılıb. "Leaf"ın qiyməti ötən günlərdə təqdim edilən və ucuz qiyməti ilə diqqəti çəkən "Tesla Model 3"dən 5 min dollar daha ucuzdur. Nissan "Leaf" ilə bərabər qarşıdakı dövrədə bir sıra istehsalçılar  13 elektromobil modelini tədim edəcək.
 
 
"Marja" xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı Nissan, ikinci nəsil "Leaf"ın rəsmi təqdimatını Las-veqasda keçirib.


 
Yeni "Nissan Leaf"  2018-ci ilin əvvəllərində Amerika, Kanada və Avropada satışa təqdim olunacaq.


 
40kWh-lik litium batareyaya malik olan avtomobil 147 at güc və 320 nm qüvvə momenti istehsal edərək 378 kilometr yol qət edə bilir.


 
Yeni "Leaf", sürücülərin yalnız sağ ayaqlarını istifadə edərək avtomobilin sürətlənməsini, yavaşlamasını və dayanmasını təmin edən "e-pedal" xüsusiyyətinə malik olacaq.


 
Elektromobil bazarında rəqabəti artıracaq  yeni "Leaf"ın qiyməti 29 min 990 dollardan başlayır. "Tesla Model 3"dən 5 min, "Chevy Bolt"dan isə təxminən 7 min 500 dollar daha ucuzdur.

 

BMW Mini, Volkswagen Scrirocco, Mercedes-Maybach Vision 6 Konsept, Porsche Mission E,Audi e-Tron Quattro SUV,Chevrolet Bolt , Jaguar I-Pace, Skoda Vision E Coupe-SUV ve Felicia E, Tesla Model Y elektromobillərinin və Fordun bir elektikli modelinin satışa çıxacağı gözlənilir.

06.09.2017 10:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ