"Gəmiçilik artıq gəlirlə işləyir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gəmiçilik artıq gəlirlə işləyir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

““Şahdəniz” qaz yatağının işlənməsi Azərbaycan üçün strateji layihədir. Şadam ki, bu istiqamətdə işlər yaxşı gedir. Mənə məlumat verilib ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq səviyyəsi 96%-dir. Bu o deməkdir ki, artıq layihə reallaşıb. “Xankəndi” gəmisi olmadan “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil”.
 


Bunu prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.

Reklam_3_11


 
Dövlət başçısı bildirib ki, bütün işlər ardıcıl aparılır, sərmayə qoyulur, Azərbaycanda platformalar, üzən qurğular inşa edilir.


 
Prezident vurğulayıb ki, Azərbaycanın neft-qaz sektoruna düşünülmüş, planlı şəkildə böyük sərmayə qoyulub və bu gün bunun nəticəsi görülür:

 

“Burada BP və SOCAR-ın birgə fəaliyyəti və əməkdaşlığı nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər reallıqdır. Xəzər gəmiçiliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəyə böyük vergi ödəyir. Nəqliyyat, energetika infrastrukturunun uğurlu inkişafı ölkəmizin ümumi inkişafına böyük töhfədir”.

 

06.09.2017 12:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ