Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Xaricdə alınmış diplomlar xüsusi imtahanlardan sonra tanınacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xaricdə alınmış diplomlar xüsusi imtahanlardan sonra tanınacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən yeni nostrifikasiya qaydaları hazırlanıb. Hazırda qaydalar yekun müzakirə mərhələsindədir və yaxın müddətdə təsdiq olunması üçün hökumətə təqdim olunacaq”.

Reklam_3_11

 

Bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev deyib. 
 
İdarə rəisi qeyd edib ki, yeni qaydalara əsasən dünya üzrə 500 ali təhsil müəssisənin siyahısı dərc olunacaq.

 

S.Vəliyev qeyd edib ki, dünya reytinqli həmin təhsil müəssisələrinin məzunlarının diplomları avtomatik olaraq Azərbaycanda tanınacaq:

 

“Həmin siyahıda nəzərdə tutulmayan digər təhsil müəssisələrini bitirən məzunların diplomları isə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlar əsasında bilik və bacarıqlarını təsdiq etdirdikdən sonra nostrifikasiya ediləcək. Proses olaraq məqsədimiz, ana xəttimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha nüfuzlu və reytinqli ali təhsil müəssisəsində təhsil alsın. Siyahıya daxil olan 500 təhsil müəssisəsindən kənar təhsil müəssisələrində verilən diplomları inkar etmirik. Sadəcə olaraq, yeni qaydalara görə, digər ali məktəblərdə təhsil alan məzunların diplomları yalnız ayda 2 dəfə keçirilməsi nəzərdə tutulan xüsusi imtahanlarda iştirak etdikdən və minimal biliklərini təsdiq etdirdikdən sonra tanınacaq. Bu imtahanlardan sonra artıq müsahibələr keçirilməyəcək. Bu imtahanlar yetərli olacaq ki, şəxs öz biliyini imtahanlara əsasən təsdiq etdirərək diplomunu təsdiq etdirsin”.

 

© APA

06.09.2017 14:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ