Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Müştərilərimizin tələb və ehtiyacını nəzərə alaraq şərtlərimizi yüngülləşdirdik - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Müştərilərimizin tələb və ehtiyacını nəzərə alaraq şərtlərimizi yüngülləşdirdik - MÜSAHİBƏ

“Bank of Baku”  ASC-nin Mikro və KOS kreditlər departamentinin direktoru Rüstəm Məlikovun “Marja”ya müsahibəsi


 

-Banklar yarımillik hesabatlarını açıqlayıblar. Hesabatlardan əksər banklarda müştərilərə verilmiş kreditlərin azaldığı aydın olur. Azalma nə ilə bağlıdır? Kredit götürmək istəyənlər azalıb?

 

- Bilirsiniz ki, son illər dünyada baş verən böhran ölkəmizin də iqtisadiyyatına öz təsirini göstərmişdi. Bu proses iri korporasiyalar, holdinqlər və banklara təsir göstərdiyi kimi fərdi sahibkarlar və istehlakçılara da təsirsiz ötüşməyib. Bankların verdikləri kreditin həcminin azalması təkcə banklardan asılı olan məsələ deyil. Baş vermiş devalvasiyadan sonra iqtisadiyyatda yaranmış durğunluq kreditlərə olan tələbatı azaltmışdır.

 

Lakin, böhranın ölkə iqtisadiyyatına təsirini minimuma endirmək məqsədi ilə dövlətimiz tərəfindən vaxtında atılmış addımlar bu gün artıq öz nəticəsini verməkdədir. Ölkə iqtisadiyyatında canlanma istehlakçıların alıcılıq qabiliyyətinə öz təsirini göstərir. Bu isə həm sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin, həm də istehlakçıların banklardan əlavə vəsait cəlb etmələrinə zərurət yaradır.

 

-Bu gün Manat əmanətlərinin faizləri yüksəkdir: 15-18% arasında dəyişir. Təbii ki, bu da kreditləri bahalaşdırır. Kredit faizlərinin aşağı salınması üçün nələri etmək lazımdır? Siz bu istiqamətdə hansı tədbirlər görürsünüz?

 

-Bazarda hər bir əmtəənin öz qiyməti var və bu qiyməti formalaşdıran bir neçə amil var. Onlardan biri də rəqabət amilidir. Sağlam rəqabət mühitində qiymətlər hər zaman istehlakçının xeyrinə dəyişir. Bu gün banklar üçün müştəri bazarı əvvəlki kimi geniş deyildir. Bu səbəbdən də məhsullar müştərilər üçün daha cəlbedici və əlverişli şərtlərə malik olmaldır. Baxmayaraq ki, bankımız əmanətləri  illik 12- 15%-lə cəlb edir, milli valyutada verilən kreditlər üzrə illik faiz dərəcələri heç də yüksək deyil. Misal üçün, məbləğ və müddətdən asılı olaraq Bankımız tərəfindən orta və kiçik sahibkarlığa verilən kreditlərin illik faiz  dərəcələri 18%, 23%, 25% . arasında dəyişir.

 

- İnsanlar daha çox hansı ehtiyacları üçün kredit istəyirlər?

 

- Biz müştərilərimizin ehtiyaclarını təmin etmək məqsədi ilə yenilənmiş bir məhsulumuzu bu yaxınlarda müştərilərimizə təqdim etdik. Məhsulu hazırlayarkən biz də müştərilər daha çox hansı ehtiyacları üçün kredit istəyir sualına cavab tapmağa çalışdıq və bu məqsədlə müştərilərin banka ünvanladığı sualları bir yerə topladıq və aşağıdakı mənzərə alındı:

 

-Sizin bankdan əmlak almaq məqsədi ilə kredit əldə etmək mümkündürmü?

-Sizin bankdan məişət şəraitimin yaxşılaşdırılması məqsədi ilə ev təmir etmək, ev əşyalarını yeniləmək məqsədi ilə kredit əldə etmək mümkündürmü?

-Sizin bankdan  qızıma cehiz almaq, oğluma toy etmək məsədi ilə kredit əldə etmək mümkündürmü?

-Sizin bankdan avtomobil almaq üçün kredit əldə etmək mümkündürmü? Və s.

 

Bütün bu sualların bir cavabı var: MÜMKÜNDÜR! Bəli, bizim təqdim etdiyimiz “Mümkündür” məhsulu müştərilərin müxtəlif ehtiyaclarını təmin etmək məqsədi ilə onlara təklif edilən kreditdir. Kreditin minimal məbləği 3000, maksimal məbləği isə 70.000 manatdır. Mümkündür kreditini müştərilərimiz 36 ayadək müddətə götürə bilərlər. İllik faiz dərəcəsi kreditin müddətindən asılı olaraq 23%-25% arası dəyişir.

 

Bu kredit dövlət və özəl müəssisələrində çalışan şəxslər üçün nəzərdə tutulub. Məhsulun əsas özəlliklərindən biri ailənin bir neçə üzvünün birgə borcalan qismində çıxış edərək bir kredit əldə edə bilmə imkanıdır. Yəni, ailənin bir neçə üzvünün aylıq gəlirləri əsas götürülərək bir nəfərin adına kredit rəsmiləşdirilməsi mümkündür. Belə ki, müştərilərimizin əksəriyyətinin istəyi budur ki, onlara və ailə üzvlərinin adına olan bir neçə aktiv krediti bağlayaraq bir kredit əldə etsinlər və ayda bir dəfə ödəniş etsinlər. Bu həm vaxt baxımından, həm də xərc baxımından onlar üçün çox əlverişlidir.

 

-Yeni məhsulunuzun şərtləri müraciətçinin yeni və ya müştəri olmasına görə dəyişir?

 

-Məhsulun şərtləri müştərinin bank üçün yeni və ya təkrar olmasından asılı olmayaraq hər kəs üçün eynidir. Sadəcə olaraq təkrar müştərilərimiz barədə məlumatlar bankın əməliyyat sistemində mövcud olduğundan kreditin rəsmiləşmə prossesinə daha az vaxt sərf edilir. 

 

-Kreditin faiz dərəcəsi hansı aralıqdadır və nə kimi amillərdən asılı olaraq dəyişir? 

 

-“Mümkündür” kreditinin illik faiz dərəcəsi əvvəllər 25%-27% təşkil edirdi. Müştərilərimizin tələb və ehtiyacını nəzərə alaraq şərtlərimizi yüngülləşdirdik, illik faiz dərəcəsini 23%-dək endirdik. Faiz dərəcəsi kreditin müddətindən asılıdır. Belə ki, kreditin müddəti 12 ayadək olduqda 23%-lə, 24 ayadək olduqda 24%-lə, 36 ayadək olduqda isə 25%-lə müştərilərə təklif edilir.

 

- Bu gün əksər banklar korporativ müştərilərə və mikro kreditlərə yönəlirlər. Bilirik ki, Bank of Baku da son dövrlərdə Korporativ Bankçılıq sahəsində iri addımlarla irəliləyir, qısaca olaraq bu sahədəki fəaliyyətiniz haqqında nə deyə bilərsiniz? 

 

-Real sektor ölkə iqtisadiyyatının vacib elementlərindən biridir. Bu sahənin inkişafına dəstək məqsədi ilə həm Sahibkarlara Kömək Milli Fondunun həm də daxili vəsaitlərimiz hesabına sərfəli şərtlərlə kreditlər təklif edirik. Hər bir müraciətə individual yanaşaraq onları təhlil edir, kreditə yaranmış ehtiyacı dəyərləndirərək maksimal dərəcədə qarşılamağa çalışırıq. Həmçinin sahibkarları banklarla yalnız kredit əldə etmək üçün deyil, bir sıra digər əməliyyatlar üçün də əməkdaşlıq etməyə çağırırıq. Belə ki, kreditlərlə yanaşı, bank qarantiyaları, zəmanət məktubları, akkreditivlər də əldə edə bilərlər. Bununla yanaşı nağdsız əməliyyatlar zamanı bankın təqdim etdiyi POS terminallardan, sahibkarlar və işçilər üçün əlverişli şərtlərə malik əmək haqqı kartlarından istifadə edə bilərlər.

 

- “Bank of Baku”nun hazırkı biznes kreditləri şərtləri ilə biznesi genişləndirmək mümkündür?

 

-Bank of Bakunun təqdim etdiyi biznes kreditlərini əldə etməklə sahibkarlar nəyinki biznesi genişləndirə, hətta onların idarəsi üçün təqdim etdiyimiz rəqəmsal maliyyə xidmətlərimizdən rahat şəkildə faydalana bilərlər. Ümumi olaraq qeyd edə bilərəm ki, bir çox xırda sahibkarlar Bankımızdan götürdükləri kredit hesabına öz bizneslərini böyüdərək, hal-hazırda orta və ya iri sahibkar qismində fəaliyyətlərini davam etdirirlər. Onların arasında müxtəlif sahələrdən, kənd təsərrüfatı, xidmət, istehsalat, nəqliyyat və digər sahələrdə çalışan onlarla, yüzlərlə müştərilərimiz var. Bank olaraq, onların bizneslərinin inkişafında göstərdiyimiz dəstəyin nəticəsini gördükdə biz də qürurlanır, onlarla birlikdə sevinirik.

 

Bankımız qeyd etdiyim kimi, kredit məhsulları ilə yanaşı, sahibkarlara bank əməliyyatlarını daha rahat aparmaları üçün müxtəlif xidmət və məhsullar təklif edir. Bankın təqdim etdiyi VÖEN hesabına bağlı İşKart və mütəmadi olaraq təkmilləşdirilən İnternet bankçılıq xidməti məhz bu məqsədlər üçün sahibkarlara təqdim edilən, onların işini rahatlaşdıran, vaxtlarına və məsrəflərinə qənaət etməyə imkan verən bir vasitədir. Bütün bu qeyd edilənlər biznesin inkişafına təkcə kreditlə deyil, həmçinin digər məhsul və bank xidmətləri ilə dəstək və bzinesin inkişafı məqsədi daşıyır. Nəticədə həm müştərilər qazanır, həm də bank fəaliyyət və xidmət dairəsini genişləndirir.

 

-Biznes kreditləri ilə bağlı hər hansısa yeniliklər gəzlənilirmi?

 

-Biznes kreditlərinə tələbatın artdığı bir dövrdə Bankımız tərəfindən Mikro, Kiçik və Orta Sahibkarlığın inkişafı məqsədi ilə verilən kreditlərin şərtlərinə yenidən baxılmışdır. Şərtlərdə tətbiq edilmiş yeniliklər sayəsində kreditlərin illik faiz dərəcələri aşağı salınmış, ödəniş müddəti isə artırılmışdır. Bütün bunlarla yanaşı, sahibkarlara dəstək məqsədilə bankımız tərəfindən mütəmadi olaraq müxtəlif güzəştli kampaniyalar keçirilir. Hal hazırda keçirilən kampaniya çərçivəsində, biznes sahibləri 0% bank komissiyası ilə 300.000 AZN-dək kredit əldə edə bilərlər. Oktybar ayının əvvəlinə kimi davam edəcək kampaniyadan bütün sahibkarları faydalanmağa dəvət edirəm. Onu da qeyd edim ki, bu yaxınlarda ən böyük yeniliklərimizdən biri sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün Bolkart kredit kartının verilməsi olacaq. 

 

- Müsahibə üçün təşəkkür edirik.

 

© Marja.az

06.09.2017 14:53

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ