Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ailənin 7 uşağının ölməsilə dünya brendi yarandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ailənin 7 uşağının ölməsilə dünya brendi yarandı

HİPP körpə və kiçik uşaqlara xüsusi üzvi mamalar istehsal edən dünyanın ən iri şirkətlərindən biridir.

 

"Marja" xəbər verir ki, Hipp brendinin yaranması, Hipp ailəsinin çox dramatik hadisələr yaşaması ilə bağlıdır. Belə ki, ailə 1899-ci ildə səkkiz uşağının yeddisini qida çatışmazlığı səbəbindən itirir. Bundan sonra ailə süd, biskvit və qalet ununu qarışdıraraq bir mama hazırlayırlar. Hazırladıqları bu mamanı öz yaxınlarına paylamağa başlayır və sonra 1901-ci ildə də mamanı paketləyərək öz şirniyyat dükanında satırlar. Bu şirniyyat dükanı hələ də Almaniyada Münhendə fəaliyyət göstərir. Əkinçiliklə məşğul olan ailə, 1932-ci ildə Almaniyada ilk zavodlarını qurur; 1950-ci illərin ortalarında da əllərindəki əraziləri Doktor Hans Müllerin  töhfələri orqanik kənd təsərrüfatı sahələrinə çevirirlər.

 

Körpə mamasının ilk sənaye istehsalı ilə bərabər Corc Hipp (George Hipp) 1956-cı ildə kimyəvi maddələr istifadə etmədən meyvə və tərəvəzlərin əkiminə  başlayıb. Üzvi-bioloji kənd təsərrüfatının öncüllərindən biri, isveçrəli Doktor Hans Müllerin fikrindən yola çıxaraq orqanik xammallardan körpə mamaları istehsal edir və bir tərəfdən də Claus Hipp (Corc Hippin qardaşı) bütün fermerləri tək-tək ziyarət etməyə başlayır. O, mərhələli olaraq fermerləri inandırmağa  və orqanik  kənd təsərrüfatı istehsalçılarından ibarət bir şəbəkə yaratmağa başlayır. 

 

Bu gün 72 ölkədə satışda olan HİPP  540 növdən ibarət olan məhsul çeşidi ilə ananın hamiləlik dövründən başlayaraq körpənin uşaqlıq dövrünü də əhatə edəcək qədər geniş bir dövrü dəstəkləyən ərzaq və kosmetik məhsullara malikdir. Orqanik körpə südləri,  qaşıq mamaları, meyvə və tərəvəz püreləri, biskvitlər, atışdırmalıqlar,  çaylar, ana südü çoxaldıcı çaylar, ana və körpə kosmetik məhsulları bu məhsullar arasındadır. Hipp  Azərbaycanda da körpə maması bazarında  mühüm yer tutur.

 

6 mindən çox fermer ilə çalışan, dünyanın ən böyük orqanik xammal istehsalçısı olan Hipp-in Almaniya, Avstriya, Xorvatiya, Fransa, Belçika, Macarıstan, Rusiya, İsveçrə və Ukraynada olmaqla cəmi 22 istehsal kompleksi mövcuddur.

07.01.2017 10:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ