Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

ABA-nın rəhbərliyi SECO-nun nümayəndəsini qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABA-nın rəhbərliyi SECO-nun nümayəndəsini qəbul edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

5 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və İcraçı Direktoru Yunus Abdulov SECO-nun (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi)  Makroiqtisadi Dəstək Proqramı üzrə məsul şəxs Reto Weyerman və  İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz  regionu üzrə direktor müavini  Simone Haeberli ilə görüşüb.

 

Görüşdə Azərbaycanda bank sektorunun hazırki durumu, ABA-nın fəaliyyəti və onun  bank sektorundakı münasibətləri tənzimləyən qanun və qaydaların formalaşdırılmasndakı rolu,  müvafiq orqanlarla əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ABA-nın nəzdində yeni yaradılmış Hərrac Mərkəzi, Bank Ombudsmanı və onların fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb. ABA-nın SECO  ilə əməkdaşlığı və birgə tədbirlərin təşkili barədə danışılıb.

 

Daha sonra Reto Weyermenin “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayevlə və “ÇYP və Komplayns” üzrə Ekspert Qrupunun sədri Anar Kərimovla görüşü baş tutub. Hər iki ekspert qrupunun fəaliyyəti barədə fikirlər dinlənilib. Görüş zamanı Maliyyə Monitorinqi Xidməti ilə əməkdaşlıq, bank sektorunun qanunvericiliyi ilə bağlı cari vəziyyət, icra prosesinin sadələşdirilməsi, o cümlədən  “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı məsələlər  müzakirə olunub.

 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

06.09.2017 16:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ