Ən yuxarı (mobil)_30

FED-in sədr müavini istefa verdi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
FED-in sədr müavini istefa verdi!

ABŞ Mərkəzi Bankı (Fed) Sədrinin müavini Stenli Fischer-ın istefa verdiyi bildirilib.


 
"Marja" Fed-dən verilən açıqlamaya istinadən xəbər verir ki, bankın sədr müavini və idarə heyətinin üzvü olan Fischer-ın istefa məktubunu ABŞ Prezidenti Donald Trumpa təqdim etdiyi bildirilib.


 
73 yaşlı Fischer, məktubunda, şəxsi səbəblərə istefa etdiyini qeyd edib. O, vəzifə müddəti boyunca 2008 maliyyə böhranından çıxan Amerikan iqtisadiyyatının güclənməyə davam etdiyini vurğulayıb.


 
 Açıqlamada fikirlərinə yer verilən Fed Sədri Janet Yellen, Fischer-ın xidmətlərinin Fedin pul siyasətinə və ölkədə maliyyə sabitliyinin təmin olunmasına töhfə verdiyini vurğulayıb.
 
 
İstefası 13 Oktyabr tarixindən etibarən qüvvədə olacaq Fischer-ın idarə heyəti üzvlüyü 31 Yanvar 2020, sədr müavini vəzifəsi isə 12 İyun 2018-də başa çatacaqdı.


 
Fischer 28 Yanvar 2014-cü ildən bəri Fed-in idarə heyətində olarkən, 16 İyun 2014-də də sədr müavini vəzifəsinə başlayıb.

06.09.2017 18:23

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ