Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Onların kefi pozulub - Qiymət 5 manatdan 2 manata düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Onların kefi pozulub - Qiymət 5 manatdan 2 manata düşüb

Zaqatalada fındıqçılar bağlarda gecələyir. Gecələrini-gündüzə qatıb məhsul toplayırlar. Çünki, artıq fındıq mövsümü başlayıb. Hər il bu vaxt rayon sakinləri gəlir əldə etmək üçün gözünü fındıq bağlarına dikir. Bəs, bu ilki yığımdan gözləntilər necədir? 


Bu il Zaqatalanın fındıq bağlarındakı məhsuldarlıq hər nə qədər fermerlərin üzünü güldürsə də, qiymətin ötən illə müqayisədə aşağı olması onların kefini pozub. Ötən ilin bu vaxtı fındığın bir kiloqramı 4-5 manata alınırdısa, bu il bu rəqəm 2-3 manat aralığında dəyişir.

 

Fermer Ələddin Ramazanov: "İndi Fındığın kiloqramı 2,2-2,5 manat arasında dəyişir. İnanmıram bu il babat qiymətə olsun". 

 

Fermer Rahib Əlixanov: "Keçən il 5-6 manat idi. Bu il ötən ilin yarı qiyməti də deyil. Bu da bizim əziyyətimizə baxanda heçnədir". 

 

Son bir neçə gün müşahidə olunan küləkli hava şəraiti bu il fındıq yığımını tezləşdirib. Artıq sahələrdə qızğın iş gedir. Ağaclar sirkələnir, yerə tökülən fındıq yığılır.Yığım adətən ailə üzvləri və yaxın qohumlardan ibarət iməciliklərlə həyata keçirilsə də,bəzən günəmuzd işçilərin köməyindən də istifadə edilir. Əksər fındıq bağları yaşayış yerlərindən kilometrlərlə aralıda yerləşdiyindən yığım zamanı fermerlər elə bağlardaca, düzəltdikləri alaçıq və çadırlarda gecələyir. Əks halda, yerə tökülən fındıq mövsüm boyu bu ərazilərin daimi sakinlərinə çevrilən gəmirici və çaqqal kimi ziyanvericilər tərəfindən yeyilir.Təsərrüfat sahibləri məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün güclərini səfərbər ediblər.

 

06.09.2017 21:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ