Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ölkələrin qızıl ehtiyatları açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ölkələrin qızıl ehtiyatları açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya Qızıl Şurası ölkələrin qızıl ehtiyatlarını açıqlayıb.

 

“Marja” Şuraya istinadən xəbər verir ki, dünyada ən çox qızıla malik ölkə 8 min 133,5 tonla ABŞ-dır. Bu ölkənin qızıl ehtiyatlarının ümumi ehtiyatları içindəki payı 74,2 faiz səviyyəsindədir.

 

 Avropa iqtisadiyyatının "mühərriki" ə olan Almaniya isə 3 min 377,9 tonluq ehtiyatı ilə siyahıda ikinci yeri tutur. Ölkənin qızıl ehtiyatlarının ümumi ehtiyatları içindəki payı isə 68,1 faiz təşkil edib.

 

Böyümə sürəti ilə dünyanın diqqətini üzərinə çəkməyi bacaran Çin, 1842,6 tonluq qızıl ehtiyatına malik olmasına qarşı, bu həcm ölkənin ümumi ehtiyatının yalnız  2,2%-nə qarşılıq gəlir.

 

Bölgənin bir başqa inkişaf etmiş iqtisadiyyatı Yaponiyanın da 765,2 ton qızıl ehtiyatı var. Ölkə bu ehtiyatla siyahıda 9-uncu sırada olmasına baxmayaraq, qızıl ehtiyatı ümumi ehtiyatının 2,4%-ni yaradır.

 

Zəngin qızıl yataqları ilə bilinən Səudiyyə Ərəbistanı isə 322,9 ton qızıl ehtiyatına malikdir. Bu rəqəm ölkənin ümumi ehtiyatının  2,2%-ni təşkil edir.

 

2017-ci ilin yanvar ayının 1-ə olan göstəriciyə əsasən, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var. Ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 12,8%-i qızıl ehtiyatının payına düşür.

 

Qeyd edək ki, dünya ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə Azərbaycan 60-cı yerdə qərarlaşıb.
 

Dünya üzrə ən az qızıl ehtiyatına malik ölkə isə Monqolustandır. Bu ölkənin qızıl-valyuta ehtiyatları 1 tondur, bu isə ölkə məxsus valyuta ehtiyatının 2,8%-nə bərabərdir.

07.01.2017 17:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ