Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Muğanın istisində bal arısı bəsləmək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Muğanın istisində bal arısı bəsləmək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son illər Salyan rayonunda təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığa maraq xeyli artıb. Artıq rayonun Boranıkənd kəndində bal arısı saxlayan fermerlər kifayət qədərdir.


 
Bu sahəyə marağı ailənin gənc üzvü Özcan Əhmədov yaradıb. Muğanın istisində bal arısı bəsləmək müşkül məsələ olsa da o, risk edərək iki il əvvəl Şimal bölgəsindən 2 arı ailəsi alaraq həyətyanı sahəsində saxlamağa başlayıb. Bir il ərzində onların sayını artıraraq 8-ə çatdırıb. Arıçının dediyinə görə, bal arıları bu il iyunun axırlarına kimi yaxşı işləyib. Ötən illə müqayisədə məhsuldarlıq da hələlik yaxşıdır. Lakin bu ilin iyulunda müşahidə olunan kəskin istilər bal arılarına da öz təsirini göstərib.

Reklam_3_11


 
Arıçı Özcan Əhmədov: “İyun ayından sonra istilər düşdüyünə görə, Aran bölgəsində istilər çox olduğuna görə, arılar zəif işləyir. Sentyabr ayından başlayacaq işləməyə. Hava sərinləsə daha yaxşı işliyəcək.”
 

Arılara yaxşı qulluq olarsa hər qutudan 25-30 kiloqram bal götürmək mümkündür – arıçı belə deyir. Onun sözlərinə görə arılar indiki daha çox şirin biyan, yonca və yulğun kollarından bal toplayırlar. Muğan balı digər regionların balından dadına görə də fərqlənir.


 
Kənd Sakini Fuad Qəhrəmanov: “Bizim güllər çiçəklər o qədər dadlıdı ki, ona görə Muğanda saxlanılan arıların ballarının dadı çox yaxşı olur. Biraz da durudu, çox keyfiyyətlidi. Həmişə biz burdan alıb yeyirik bu baldan.”


 
Yığılan balların hər kiloqramı kənddə 20-25 manata satılır. Amma fermerin bu sahədə çətinlikləri də az deyil.


 
Arıçı Özcan Əhmədov: “Xəstəliklərdən ən çox gənə olur, gənə yayılıb. Birdə arıquşları çox olur. Arıquşları məhv edir. Aran bölgəsində arıqquşları çox olduğuna görə arıquşunun qarşısın ala bilmirik. Ən çox çətin problemimiz arıquşudur.”


 
Təsərrüfat sahibinin ən böyük istəyi gələcəkdə arıçılığı inkişaf etdirib əldə etdiyi məhsulu yarmarkalarda satmaqdı.

 

© ARBTV

07.09.2017 06:19

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ