SOCAR-ın yeni daxil olduğu ölkədə üsyan
Fil Dişi Sahilində əməkhaqqı artımı və daha yaxşı yataqxana tələbilə etiraz aksiyası keçirən əsgərlər ölkənin ikinci böyük şəhəri Bouakedada nəzarəti ələ keçirib.
"Marja" "euronews"a istinadən xəbər verir ki, Bouake, 2002-də başlayıb 2011-də sona çatan vətəndaş müharibəsi ərzində üsyançıların mərkəzi vəziyyətində idi.
Şəhərə giriş çıxışları əngəlləmək üçün yola barrikadalar quran üsyançılar Birləşmiş Millətlər Təşkilatının əsgərlərilə aparılan danışıqlara baxmayaraq geri addım atmayıb.
Rəsmi mənbələr tərəfindən "qiyamçı əsgərlər" kimi tanınan birliklərin daha 4 şəhərdə polis gücləri ilə qarşıdurmaya girdiyi bildirilib.
Yerli mənbələr ölkənin ticarət paytaxtı Abidjan-da da silah səsləri eşidildiyini bildirir.
Üsyanın hərbi çevrilişə çevrilməsindən ehtiyat edən Prezident Alassane Ouattara, Milli Təhlükəsizlik Şurasını toplantısının çağırıb.
Qiyamçılar arasında nə qədər yüksək rütbəli əsgərin iştirak etdiyi hələ bilinmir.
Qeyd edək ki, Azərbaycan şirkəti SOCAR Fil Dişi Sahilində yeni tikilən qaz terminalı layihəsinin tərəfdaşıdır. Layihədə 34%-lik paya malik Fransanın "Total" şirkəti həm də operatordur. Dövlətin layihədəki payı 11% təşkil edir. Digər iki səhmdar isə SOCAR və "Shell" şirkətləridir.Terminal 3 mln. tonluq həcmə malik olacaq. Layihənin 2018-ci ilin ortalarında işə salınması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış şambunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
2 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
5 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
5 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib