Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Qarabağ”-“Roma” matçının biletləri satışa çıxarılır - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qarabağ”-“Roma” matçının biletləri satışa çıxarılır - QİYMƏTLƏR

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ"-"Roma" (İtaliya) oyununun biletləri sentyabrın 7-dən satışa çıxarılacaq.

 

Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ”ımızın qarşılaşacağı “Roma”yla matçın biletlərini sentyabr ayının 7-dən etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz.

 

Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

 

Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

 

Biletləri saat 17:00-dan etibarən Asan Xidmət Mərkəzlərindən, Heydər Əliyev Sarayının kassalarından, 28 Mall, Gənclik Mall, Park Bulvar (“Qarabağ”ın fan-şopu), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) ünvanlarından almaq olar.

07.09.2017 08:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ