Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avropanın faiz qərarı Avro/dollara necə təsir edə bilər?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropanın faiz qərarı Avro/dollara necə təsir edə bilər?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Mərkəzi Bankının faiz qərarı bu gün açıqlanacaq. Bankın faiz nisbətlərində dəyişikliyə getməyəcəyi gözlənilir. Əksər iqtisadçı bu toplantıda Sədr Mario Draghi-nin monetar təşviq proqramının azaldılacağına dair danışacağını da gözləmir.


 
Dünən bankın 2018-2019 inflyasiya proqnozlarını aşağı salacağına dair mətbuata məlumat sızdırılıb.

Reklam_3_11

 

"Marja"nın məlumatına görə, strateqlər bildirirlər ki, "Əgər Draghi Avronun bahalaşmasının Avropa iqtisadiyyatına mənfi təsir göstərdiyini dilə gətirsə, Avro/Dollar məzənnəsi 1.17 səviyyələrinə qədər aşağı düşə bilər (Avro ucuzlaşacaq, Dollar bahalaşacaq).


 
 AMB-nin inflyasiya proqnozunu aşağı salması da Avronun ucuzlaşmasına səbəb ola bilər.

 

Ancaq Draghinin Avroya və istiqraz alışı proqramına dair söz deməməsi ilə məzənnə 1.2070-ə qədər qalxa bilər (Dollar ucuzlaşacaq, Avro bahalaşacaq).  Draghinin istiqraz alışı proqramının azaldılacağı barədə sözləri  Avronu kəskin bahalaşdıra bilər.
 


Draghi-nin məzənnə məsələsinə heç danışmaması vəziyyətində də Avro/dolların 1.20-ni keçəcəyi bildirilir.

07.09.2017 11:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ