Bankların başı üstündə “qara bulud” - KREDİTLƏR SÜRƏTLƏ AZALIR
Müştərilərə verilən kreditlərin azalması ilə əksər bankların faiz gəlirləri azalır. Əgər trend davam edərsə yaxın gələcəkdə bankların gəlirləri xərclərini bağlamaya bilər. Nəticədə də, banklar yenidən zərərlər edəcə bilərlər.
31 İyul 2017-ci il tarixində bankların müştərilərə verdikləri kreditlər 12 milyard 393 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya daxil olmuş məlumata görə, iyulda müştərilərə verilmiş kreditlər 1 milyard 69 milyon manat azalıb.
Belə ki, 30 İyun 2017-ci il tarixində müştərilərə verilmiş kreditlər 13 milyard 462 milyon manat idi.
İyunda müştərilərə verilmiş kreditlər 916,6 milyon manat azalaraq 14 milyard 378.6 milyon manatdan 13 milyard 462 milyon manata geriləmişdi.
Müştərilərə verilmiş kreditlər 2016-cı ilin sonunda 15 milyard 938 milyon manat, cari il Yanvarın sonunda 16 milyard 206.6 milyon manat, Martın sonunda 15 milyon 53.1 milyon manat, Aprelin sonunda isə 15 milyard 34 milyon manat təşkil etmişdi.
İlin əvvəlindən bəri müştərilərə verilmiş kreditlər 3 milyard 545 milyon manat azalıb.
Palata bildirmişdi ki, May ayı ərzində kredit portfelinin azalmasının böyük hissəsi Azərbaycan Beynəlxalq Bankının toksit aktivlərinin Aqrarkredit QSC-ə ötürülməsi ilə bağlıdır.
Kreditlərə təlabat azaldığından bankların gəlirləri geriləyir. Əksər banklar gəlir formalaşdırmaqda çətinlik çəkdiklərindən qarşıdakı dövrlərdə zərər edə və buna görə kapitallarının bir hissəsini itirə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
11 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
12 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
12 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 12 saat əvvəl