7 ayda 216,8 milyon manat xalis mənfəət
2017-ci ilin 7 ay ərzində bankların faiz gəlirləri 1 milyard 145,6 milyon manat, faiz xərcləri 559,1 milyon manat, qeyri-faiz gəlirləri 497,3 milyon manat, qeyri-faiz xərcləri 553,4 milyon manat təşkil edib. Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 530,4 milyon manat olub.
Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 297,3 milyon manat yönəldib, digər mənbələrdən 3 milyon manat gəlir əldə edib, 19,3 milyon manat isə mənfəət vergisi ödəyib.
Bununla da Azərbaycanın bank sektoru ilin 7 ayını 216,8 milyon manat xalis mənfəətlə başa vurub.
Azərbaycanın bank sektoru ilin ilk 6 ayını 84,9 milyon manat xalis mənfəətlə başa vurmuşdu. Bankların İyulda mənfəətlərinin artması ehtiyatın bir hissəsinin mənfəətə əlavə edilməsilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
34 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti"nin gəlirləri və xalis mənfəəti kəskin artıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
14 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
14 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
15 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır