İqtisadiyyat Nazirliyindən "5000 manatlıq" xəbərdarlıq
İqtisadiyyat Nazirliyi istehlakçılara müraciət edib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır.
Dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən aşağı və ya yuxarı qiymətlərlə satışına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə 3000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur.
İstehlakçılara dərman alarkən qiymətlərə diqqət yetirməyi, dərman vasitələrinin dövlət tərəfindən təsdiq olunmuş qiymətlərdən fərqli qiymətlərlə satışı halları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
15 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
18 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
19 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 22 saat əvvəl
- 22 saat əvvəl