Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 4,6 milyon barel artıb.



 
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,6 milyon barel (1 faiz) artımla 462,4 milyon barelə qalxdığını açıqlayıb.
 

Reklam_3_11


"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 4 milyon barrel artması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 5,4 milyon barrel azalma qeyd etmişdi.


 
Beləliklə, ABŞ-ın kommersiya xam neft ehtiyatları 9 həftə ardıcıl azalmanın ardından artım qeyd etmişdir.


 
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə 0,3 milyon barrel azalaraq 678,6 milyon barrelə enib.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 3,2 milyon barel (1,4 faiz) azalaraq 226,7 milyon barelə enib. Bazar 5 milyon barrel azalma olacağını gözləyirdi.  Benzin ehtiyatları əvvəlki həftə 0,03 milyon barrel artmışdı.


 
 Xam neft istehsalı kəskin düşdü


 
Bu dövrdə ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 749 min barel azalaraq kəskin azalma göstərib və 8,78 milyon barrelə enib. Beləliklə, ABŞ-ın xam neft istehsalı 3 həftə ardıcıl yüksəlişdən sonra ilk dəfə düşüb.


 
Ölkənin xam neft idxalı da sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 822 min barrel azalaraq 7,08 milyon barrelə geriləyərkən, xam neft ixracı sutkada orta hesabla 749 min barrel azalma ilə 153 min barrelə enib.


 
Mütəxəssislər, Harvey qasırğasının ABŞ-ın Texas və Luiziana ştatlarındakı neftayırma zavodlarının fəaliyyətlərinə mənfi təsir etdiyinə işarə ediblər. Zavodlar  xam neft  alışını dayandırıb və bu səbəbdən ölkənin xam neft ehtiyatlarında artım meydana gəlib.


 
Bundan əlavə, Harvey qasırğası səbəbilə ABŞ-ın xam neft hasilatının kəskin düşdüyünü vurğulayan mütəxəssislər, ölkənin Meksika Körfəzi regionundan edilən xam neft idxal və ixracının da mənfi təsirləndiyini bildiriblər.


 
ABŞ-ın xam neft istehsalında kəskin azalma baş verməsinin ardından, qlobal bazarda xam neftin qiymətlərində artım görülüb.


 
EIA göstəricilərinin açıqlanmasından sonra ABŞ-ın Qərbi Texas tipli xam neftinin barrel qiyməti 49,23 dollara, Brent növü neftin barrel qiyməti də 54,44 dollara yüksəlib.

07.09.2017 20:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ