Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qazaxlı sahibkar alma bağını genişləndirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxlı sahibkar alma bağını genişləndirəcək

Qazax rayonunda 1303 hektar meyvə bağı var ki, onlardan 1264 hektarı bar verəndir. Bu bağların 325 hektarı üzüm, qalanı isə alma, armud və digərləridir. Hazırda rayonda alma yığımı davam edir. Müxtəlif alma növlərinin becərildiyi bağlardan yüksək məhsul əldə edilir.

 

Fermer Qədir Mustafayev deyib: “Bir hektar alma bağım var. Bağa aqrotexniki qaydada qulluq etdiyimizə görə bol məhsul yetişdirmişik. Alma bağında qızıləhmədi, beş guşəli və digər alma sortları var. Alma yığımı davam edir. Sahələrdə hələ bol məhsulumuz var. Məhsulun satışında da problem yaşanmır. Müştərilər elə sahədəcə alırlar.”

 

O bildirir ki, meyvə bağından bol məhsul əldə etmək üçün, ilk növbədə, ağaclara qulluq edilməli, gübrələri və suyu vaxtında verilməlidir. Aqrar sahəyə göstərilən dövlət dəstəyindən ruhlanan fermer alma bağını gələcəkdə bir qədər də genişləndirməyi planlaşdırıb.

 

Meyvə yığıldıqdan sonra bir hissəsi yerindəcə satılır. Müəyyən hissəsi isə soyuduculara yığılıb qışa saxlanır. Sahibkarın bağında mövsümdən asılı olaraq 10 nəfərə kimi mövsümü işçi çalışır. İşçilər nəqliyyat vasitəsi və yeməklə təmin olunurlar. Sahibkar payızda bağda daha 150-200 ağac əkməyi nəzərdə tutur.

 

© Azərtac

08.09.2017 08:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ