Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Ceyhandan 17 mln. tondan artıq Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ceyhandan 17 mln. tondan artıq Azərbaycan nefti dünya bazarlarına çıxarılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin avqust ayı ərzində 2 531 737 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb.


Azərbaycan Dövlət Neft Şirkətinədən (SOCAR) verilən məlumata görə, bu həcmin 1 733 485 tonunu (68%) Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.


Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17 239 539 ton təşkil edib.
Bu isə ötən ilin müvafiq dövründən 14% azdır.


Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 337 074 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.


Qeyd edək ki, Azərbaycan nefti BTC boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

08.09.2017 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ