Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan süd üçün beynəlxalq şirkət cəlb etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan süd üçün beynəlxalq şirkət cəlb etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində ölkədə süd məhsulları dəyər zənciri araşdırılacaq və dəstəklənəcək. 

 

Nazirlikdən "Marja"ya daxil olan məlumata görə, dəyər zəncirinin araşdırılması və qiymətləndirilməsi məqsədi ilə layihəyə beynəlxalq məsləhətçi şirkət cəlb edib. 


Tender nəticəsində seçilmiş qlobal “Stewart Routlege MENA” şirkəti ilə müqavilə imzalanıb.


Şirkətinin rəhbəri Stüart Rutleci nazir Heydər Əsədov qəbul edib. Nazir süd məhsulları bazarının ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıdığını bildirib.

 

Qeyd edib ki, son bir neçə ildə kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq sahəsinə də diqqət artıb. Azərbaycan Prezidentinin iştirakı ilə bir neçə gün əvvəl Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin açılmasının ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində dönüş olacağını vurğulayan nazir süni mayalandırma ilə doğulan buzovlara görə dövlət tərəfindən subsidiya verildiyini bildirib. Bundan başqa, xaricdən gətirilən cins mal-qaranın “Aqrolizinq” ASC xətti ilə lizinq yolu ilə güzəştlə satılmasının da ölkədə daha məhsuldar cins heyvanların yetişdirilməsinə səbəb olduğunu əlavə edib.


“Ölkədə iri heyvandarlıq komplekslərinin yaradılması süd məhsulları dəyər zəncirinin əsasıdır. Buna görə də biz ölkənin bir sıra regionlarında iri heyvandarlıq müəssisələrinin yaradlması üçün layihələrin hazırlanması, iri istehsalçılarla yanaşı kiçik ölçülü ailə-kəndli təsərrüfatlarının inkişaf etdirilməsi, yem ilə təminat və istehsal edilən məhsulun emalı üçün ailə təsərrüfatları ilə inteqrasiyalı fəaliyyətin təmin edilməsi istiqamətində iş aparırıq”, - deyə H.Əsədov qonağın diqqətinə çatdırıb.


Onun sözlərinə görə, nazirlik “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində ölkədə brusellyoz xəstəliyi təhlükəsinin tamamilə aradan qaldırılması kimi əhəmiyyətli fəaliyyətə başlayıb ki, bu da süd məhsulları istehsalına birbaşa təsir edəcək müsbət addımdır.


“Süd məhsulları dəyər zəncirinin inkişafı” komponenti iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə ölkənin süd məhsulları bazarı – istehsalçılar, istehlak həcmi araşdırılıb, dəyərləndiriləcək və ünvanlı dəstək göstərilməsi ilə bağlı tövsiyələr hazırlanacaq. Növbəti mərhələdə isə süd məhsulu istehsalı üçün iri və orta ferma və müəssisələrin yaradılması (dizayn və qiymətləri) barədə layihələr təklif ediləcək.  

08.09.2017 09:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ