"Qara bazar"da dollar qalxmaqda davam edir
Bazar günü Bakıda bəzi ərazilərdə fəaliyyət göstərən “qara bazar”da 1 ABŞ dollarının satış qiymətinin 1.94 manata qalxdığı bildirilir. Ötən həftənin sonu “qara bazar”dan 1.93 manata dollar almaq mümkün idi.
Dolların alış qiyməti isə 1.92 manata qaldırılıb.
Xəbər verdiyimiz kimi 5 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilmişdir. Hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlamış və 1,7742 məzənnəsi ilə yekunlaşmışdır.
Hərracda Dolların bahalaşması "qara bazar"a da təsir göstərib.
Hökumət “Qara bazar”a qarşı mübarizə aparır. Dollar alan və satanların cərimələnməsi və həbs edilməsi “qara bazarı” bir qədər zəiflətmişdir. Buna baxmayaraq bankların dollar satmadığı şəraitdə "qara bazar"ın kökünü tam kəsmək mümkün olmur.
Dolların "Qara bazar" qiyməti ilə rəsmi məzənnə arasındakı fərq 9%-i ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 d. əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 27 d. əvvəl
-
41 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 50 d. əvvəl
- 51 d. əvvəl
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl