Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Yalama Aqropark” 3 dəfə böyüdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yalama Aqropark” 3 dəfə böyüdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı ilin Avqust ayının 8-də 523 hektar sahədə “Yalama Aqropark”ın sahəsi 3 dəfə böyüdülüb.

 

Reklam_3_11

Bu nu "Marja"ya “Yalama Aqropark”ın İcraçı direktoru Zaur Əliyev bildirib. 

 

Belə ki, Xaçmaz rayonu Müqtədir qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar torpaq sahəsi uzunmüddətli icarəyə götürülmüş və əkin dövriyyəsinə qatılmışdır:

 

"Bununla da “Yalama Aqropark”ın əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan son bir ildə 1479 hektara çatdırılmışdır. Əkin sahələri genişləndirilməklə yanaşı idxal əvəzləyici xarakterə malik soya bitkisinin əkini aparılmış, həmçinin taxıl və qarğıdalı bitkisinin əkin sahəsi genişləndirilmişdir. Həmçinin heyvandarlıq kompleksinin genişləndirilməsi sahəsində işlər sürətlə davam etdirilir. Belə ki, heyvandarlıq kompleksinin istehsal gücü damazlıq istiqaməti üzrə 1300 baş sağmal inəyə qədər genişləndirilməsi, həmçinin əlavə olaraq istehsal tutumu 1000 baş olan yeni kökəltmə heyvandarlıq kompleksinin tikintisi yaradılması üzrə işlərə start verilmişdir”.


"Yalama Aqropark" Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılmışdır. Layihənin ilkin mərhələsinə uyğun olaraq, "Yalama Aqropark"da 1113 baş sağmal olmaqla 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə iri əkinçilik təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılmışdı.

08.09.2017 10:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ