Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daşınmaz əmlakın icbari sığortasında 2% azalma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daşınmaz əmlakın icbari sığortasında 2% azalma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin avqust ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 9326 sığorta müqaviləsi bağlanmışdır. 

 

İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, saşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 080 459 manat təşkil etmişdir.

 

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 7360-ı yaşayış evləri və mənzillər, 29-u inzibati binalar, 1937-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 47% azalma, sığorta haqlarının məbləğində isə 2% azalma müşahidə edilmişdir.

 

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 321, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 4 sığorta müqaviləsi bağlanılmışdır.

 

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC,  “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

 

Qeyd: Məlumatların işıqlandırılması zamanı Büronun yeni loqosundan istifadə edilməsi xahiş olunur:

08.09.2017 12:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ