Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR İstiqrazları ilə əməliyyatlar 10 milyon dolları keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR İstiqrazları ilə əməliyyatlar 10 milyon dolları keçib

Avqust ayında qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 10 milyon dolları keçib.

 

Reklam_3_11

İstiqrazların təkrar bazarı üzrə marketmeyker olan "PSG Kapital" şirkətinin məlumatına görə, ötən ay təkrar bazarda 10 618 SOCAR İstiqrazı satılıb, istiqrazların toplam dəyəri 10,62 milyon dollar olub. Bununla da SOCAR istiqrazları ilə əməliyyatların ümumi həcmi 107 milyon dollara çatıb.

 

Avqust ayında istiqrazlar 7 dollar bahalaşaraq 1007 dollara yüksəlib.

 

Xatırladaq ki, SOCAR İstiqrazları 2016-cı ilin sentyabrında 100 milyon dollar həcmdə 5 illik müddətə buraxılıb. Nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İlk faizlər 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində ödənilib və istiqraz sahibləri ümumilikdə 3,75 milyon dollar qazanc əldə ediblər.

 

SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür.

 

Məhz bu səbəbdən həm fiziki, həm də hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. SOCAR İstiqrazlarının alıcıları arasında xarici ölkələrin - Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanın vətəndaşları da var.

 

İstiqrazlar üzrə növbəti faiz ödənişi 17 oktyabrda baş verəcək, həmin tarixdə istiqraz sahiblərinə hər istiqraza görə 12,5 dollar ödəniləcək.

08.09.2017 13:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ