Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AZAL-ın tariflərində bir sıra dəyişikliklər olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL-ın tariflərində bir sıra dəyişikliklər olacaq

Aşağı büdcəli aviaşirkətin (Buta Airways lou-kosteri) işə salınması ilə əlaqədar olaraq 2017-ci il oktyabrın sonundan etibarən Azərbaycan Hava Yollarının (AZAL) tariflərində bir sıra dəyişikliklər olacaq.


Şirkətin yaydığı məlumata görə, AZALJET aşağı büdcəli brendi tamamilə ləğv olunur və baqajın daşınmasını nəzərdə tutmayan xüsusi endirimli tariflər də daxil olmaqla yeni tariflər tətbiq ediləcək. Digər tariflər də mövcud olacaq ki, biz onlar barədə oktyabrın sonuna yaxın elan edəcəyik.


Qeyd edək ki, AZAL-ın bütün yeni tariflərinə əl yükü (10 kq) və təyyarə göyərtəsində tam çeşidli qidalanma (seçiminizə uyğun isti yemək, desertlər, salatlar, soyuq və isti içkilərin bütün növləri) daxil olacaq.

08.09.2017 13:56

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ