Azərbaycan, Gürcüstan və Ukrayna birgə müəssisə yaradır
Ukraynanın Odessa şəhərində "Avropa-Asiya inteqrasiya olunmuş nəqliyyat dəhlizləri" yüksək səviyyəli II beynəlxalq nəqliyyat konfransı zamanı Avropa İttifaqı - Ukrayna - Qara dəniz - Gürcüstan - Azərbaycan - Xəzər dənizi - Asiya ölkələri regionu marşrutu boyu yükdaşımaların inkişafı üçün daimi dəmiryolu-bərə əlaqəsinin birgə istismarına dair memorandum imzalanıb.
Ukrayna mətbuatının verdiyi məlumata görə, memorandumda tərəflərin "Ukrayna Dəmir Yolları" ASC (UDY) bərələrindən istifadə edilməsi də nəzərdə tutulub.
Sənədi UDY-nin İdarə Heyətinin sədri vəzifələrini icra edən Yevgeni Kravtsov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov imzalayıb.
Memorandum həmçinin Baltik dənizi-Qara dəniz-Xəzər dənizi marşrutunun inkişafı məqsədilə UDY-nin bərələrinin idarə edilməsi üçün birgə müəssisəsinin yaradılmasını nəzərdə tutur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
41 d. əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
3 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
7 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
7 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl