Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Mətanət A” şirkəti əmək yarmarkasında iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mətanət A” şirkəti əmək yarmarkasında iştirak edib

İşsiz və işaxtaranlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən “Mətanət A” şirkəti bu dəfə də ənənəsinə sadiq qalıb.

 

Belə ki, Azərbaycanda sektorun lideri olan “Mətanət A” şirkəti Abşeron Rayon İcra Hakimiyyəti və ƏƏSMN-nin yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan “Əmək yarmarkasında” iştirak edib.

 

Xırdalan şəhəri Mədəniyyət evində təşkil olunan tədbirdə“Mətanət A” şirkəti 11 vakant iş yeri ilə təmsil olunub. “Əmək yarmarkasında”adıçəkilən qurumun ayrıca stendi nümayiş etdirilib.

 

Şirkətin nümayəndələri tərəfindən yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu müəssisədə karyera qurmaq istəyində olan şəxslərə məsləhətlər verilib və onların müraciət anketləri qəbul olunub.

 

Qeyd edək ki, tədbirdə 26  dövlət və qeyri dövlət təşkilatı ümumilikdə 168 vakant iş yeri təqdim etməklə iştirak edib.

 

Yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və  işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.

 

“Mətanət A” şirkəti daim  işçi heyətinə diqqət və qayğı ilə yanaşaraq, onları dəyərləndirir, parlaq karyera və ixtisasartırma üçün geniş imkanlar yaradır.

Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır.

 

Şirkət 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.

 

Daha ətraflı: *3030 Çağrı Mərkəzi

www.matanata.com

www.facebook.com/MatanatA.company

www.youtube.com/MatanatAcompany

www.instagram.com/matanata.official

 

08.09.2017 14:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ