Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Çin Rusiyanın neft nəhəngi "Rosneft"ə ortaq olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin Rusiyanın neft nəhəngi "Rosneft"ə ortaq olur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
İngiltərə-İsveçrə ortaqlığı "Glencore" və Qətər dövlət fondundan ibarət konsorsiumun, Rusiyanın neft şirkəti "Rosneft"dəki 14,16%-lik payını, 9,1 milyard dollara Çinin "China Energy Company Limited" (CEFC) şirkətinə satacağı bildirilir.


 
"Marja" xəbər verir ki, "Glencore"dan edilən açıqlamada, Qətər dövlət fondu ilə yaradılan konsorsiuma aid "Rosneft" səhmlərinin 14,16%-lik qisminin Çininin CEFC şirkətinə satılmasına qərar verildiyi bildirilib.

 


"Rosneft"in dövlətə məxsus olan 19,5%-lik hissəsi 2016-cı ilin Dekabr ayında 10,5 milyard avroya "Glencore" və Qətər dövlət fondundan ibarət konsorsiuma satılmışdı.


 
Satış prosesinin baş verməsi halında, "Glencore"un "Rosneft"dəki payı 0,5%-ə, Qətər dövlət fondunun payı isə 4,7%-ə düşəcək.


 
Analitiklər, satış qərarının, ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar səbəbilə, "Glencore" kimi Qərb şirkətlərinin Rusiya şirkətləri ilə iş birliyindən çəkinməyə başlamasına işarə etdiyini qeyd edirlər.


 
 Satış xəbərlərinin ardından "Rosneft "səhmləri isə Moskva Birjasında 3,17 faiz dəyər qazanıb.

08.09.2017 17:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ