Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı AÇIQLAMA

“Coca-Cola” şirkəti bu gün yüzlərlə insana “WhatsApp” mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama verib.


 
Şirkətdən bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatın heç bir əsası yoxdur. Şirkət rəsmisinin sözlərinə görə, sosial şəbəkələrdə guya "Coca-Cola"nın hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını “Coca-Cola” içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur: "“Coca-Cola” məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir”.


 
Qeyd edək ki, yüzlərlə “WhatsApp” istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilirdi ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən “Coca-Cola”lara axıdıb. Həmçinin o da bildirilir ki, hazırda şirkət bütün mağazalardan “Coca-Cola” işçilərini təcili şəkildə yığışdırır. 

 

© Lent.az

09.09.2017 06:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ