Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Zərdabda çəltik müzakirəsi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zərdabda çəltik müzakirəsi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair müşavirənin yekunları, müşavirədə ölkə başçısının nitqində qarşıya qoyduğu konkret tapşırıqlardan irəli gələn vəzifələr Zərdabda geniş müzakirə olunub.

 

Reklam_3_11

Bununla bağlı keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev diqqəti ölkəmizdə, o cümlədən Zərdabda çəltikçiliyin dirçəldilməsi üçün göstərilən dövlət dəstəyinə, Prezident İlham Əliyevin kənd təsərrüfatının digər sahələri ilə yanaşı çəltikçiliyin inkişafına göstərdiyi diqqət və qayğıya cəlb edib.

 

Azərbaycanda çəltikçiliklə məşğul olan 12 rayondan birinin məhz Zərdab olduğunu diqqətə çatdıran icra başçısı bildirib ki, təsərrüfatın bu sahəsi ilə rayonun 7 inzibati ərazi dairəsinin sakinləri çalışırlar.

 

2012-ci ildə bölgədə cəmi 6 hektarda çəltik əkilib. Ötən il bu göstərici 70,5 hektara, bu il isə 202 hektara çatdırılıb.

 

Rayonun təkcə Məlikli kəndində torpaq mülkiyyətçiləri 105 hektarda çəltik yetişdiriblər. Yuxarı Seyidlər, Alıcanlı, Körpükənd, Qorubağı, Məmmədqasımlı, Pərvanlı ərazi inzibati dairələrində sakinlərin çəltikçiliyə maraqları getdikcə artır.

 

Müşavirədə cari ildə çəltik əkini sahələrinin ötən ilə nisbətən 3 dəfə artırıldığı diqqətə çatdırılaraq gələn il daha yüksək nəticələr üçün konkret vəzifələr müəyyənləşdirilib, əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verilib. Xüsusilə, çəltikçilərə daha yaxından köməkliyin göstərilməsi tövsiyə olunub.

 

Digər çıxış edənlər, o cümlədən Körpükənd kəndindən çəltikçi Elsevər Məmmədov əkin sahələrinin artırılması, yüksək məhsul üçün görəcəkləri işlərdən danışıblar.

 

© Azərtac

09.09.2017 07:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ