Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Deputatlar: İcra hakimiyyəti "26" kafesi ilə bağlı məsələni qanuni yolla həll etməlidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Deputatlar: İcra hakimiyyəti "26" kafesi ilə bağlı məsələni qanuni yolla həll etməlidir

Azərbaycan Yazıçılar Birliyinin (AYB) icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26" kafesi ilə bağlı məsələ ətrafında yaranmış müzakirələr davam edir.


İctimai-siyasi xadimlər, ziyalılarla yanaşı, Milli Məclisin üzvləri də kafenin bağlanmasına öz münasibətlərini ifadə edirlər.

Reklam_3_11


Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı bildirib ki, bütün məsələlər qanun müstəvisində həllini tapmalıdır: "Hər hansı kafenin adına görə bunları etmək qanuna uyğun deyil".


Deputat qeyd edib ki, bu məsələdə istisnaların olması mümkündür: "Ola bilər bu ərazi 26 adıyla tanınıb. Kafeyə ərazinin tanınması adıyla belə bir ad qoyulub".


F. Mustafa bununla yanaşı qeyd edib ki, əgər doğrudan da orada qəlyan çəkilməsi barədə söylənilənlər doğrudursa, bunu anlayışla qəbul etmək olar: "Amma bütün belə məsələlər məhkəmə yolu ilə həll edilməlidir. Yəni belə məsələlər məhkəmə vasitəsilə sübuta yetirilməlidir. Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə müraciət edib hansısa addım ata bilər.


Milli Məclisin digər deputatı Fərəc Quliyev isə bildirib ki, 26 Bakı komissarı Azərbaycan tarixinin qara səhifəsini təşkil edir: "Kafenin doğrudan da 26 Bakı komissarının adına adlandırılıb-adlandırılmaması araşdırmalardan sonra məlum ola bilər. Hər halda araşdırma aparılacaq.  Yox əgər kafenin 26 adlandırılması başqa mövzu ilə bağlıdırsa, buna aydınlıq gətiriləndən sonra hər hansı tədbir görüləcək. Əgər məhkəmə həmin kafenin fəaliyyət göstərməsi barədə qərar qəbul etsə, onda yəqin ki, həmin obyektin fəaliyyət bərpa ediləcək və onu dağıdanlar məsuliyyətə cəlb olunacaq. Əgər araşdırmanın nəticəsi bunun əksi olsa, qərar da fərqli olacaq. Hər şey məhkəmədən asılıdır".  

 

© Report

10.09.2017 14:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ