Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Vergi işçilərinin maaş əlavəsi artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi işçilərinin maaş əlavəsi artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Nazirlər Kabineti Vergilər Nazirliyinin işçilərinin sosial müdafiəsi üçün yaradılmış xüsusi fondun gəlir mənbələrini artırıb. Bu haqda qərar imzalandığı tarixdən (30 dekabr) deyil, keçən ilin ilin avqustun 13-dən qüvvəyə minib.

 

“Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na edilən dəyişikliyə görə, vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi artıq bu fondun yeganə gəlir mənbəyi deyil.

 

Fonda,  həmçinin, “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi toplanacaq. Bundan başqa, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğinin 20 faizi də bu fonda daxil olur.

 

Dəyişikliklərə əsasən, fonda toplanan vəsaitlərin istifadə təyinatı da genişləndirilib. Bu vəsaitlərdən həm də vergi orqanı işçilərinə əməkhaqlarının, məzuniyyət haqlarının və ezamiyyə xərclərinin; onların əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsində istifadə olunacaq.

 

Fonda yığılan vəsaitlər sosial sığorta haqlarının, Vergilər Nazirliyinin icarəyə götürdüyü inzibati binalara görə icarə haqlarının və beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə də sərf olunacaq.

 

© Contact

09.01.2017 04:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ