Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

SOCAR büdcəyə 1 milyard manatdan çox ödədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR büdcəyə 1 milyard manatdan çox ödədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin avqust ayında dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib.

 

Reklam_3_11

SOCAR-ın yaydığı məlumata görə, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17 milyon 321 min manat və ya 14,9% çoxdur.


Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 48 milyon 348 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142 milyon 946 min manat və ya 15,8% çoxdur.


Bundan əlavə, 2017-ci ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 575 min manat vəsait köçürülüb. Cari ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 99 milyon 826 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 milyon 479 min manat və ya 5,8% çoxdur.

11.09.2017 09:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ