Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sığortaçılar cığallıq edə bilməyəcəklər - sahəvi standartlar hazırlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığortaçılar cığallıq edə bilməyəcəklər - sahəvi standartlar hazırlanacaq

Hazırda ölkədə icbari avtoməsuliyyət sığortası sahəsində avtonəqliyyat vasitələrinə dəymiş zərərin hamılıqla qəbul edilmiş sahəvi standartlar əsasında tənzimlənməsi mexanizmi mövcud deyil.

 

“Marja” İcbari Sığorta Bürosunun dərc etdiyi yarımillik hesabata istinadən xəbər verir ki, bu icbari növ üzrə xidmət göstərən sığortaçılar sığorta tələblərinin təmin edilməsi zamanı fərdi yanaşma və qiymətləndirmələrdən çıxış edirlər.


 
“Bir sıra hallarda sığortaçılar zərər dəymiş avtonəqliyyat vasitəsinin təmiri zamanı orijinal ehtiyat hissələrindən istifadədən boyun qaçırır və ya təmir prosesini öz istəyinə uyğun olan təmir emalatxanalarında təşkil edir. Nəticə isə əksər hallarda qarşı tərəfin gözləntiləri ilə uyğun gəlmədiyindən, çoxsaylı şikayətlərə rəvac vermiş olur.


 
Bu kimi hallardan irəli gələrək, dəymiş zərərin qiymətləndirilməsi və təmin edilməsində vahid yanaşmaya əsaslanan sahəvi standartlar toplusunun işlənib hazırlanmasına ehtiyac duyulur. Bu standartların tətbiqi ilə AVSMMİS növü üzrə sığorta tələblərinə daha keyfiyyətli xidmət göstərilməsinə nail olmaq mümkün olacaq. Standartların hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübəyə müraciət olunması, habelə beynəlxalq sığorta leksikonunda “Avroprotokol” kimi tanınan mexanizmin ölkəmizdə tətbiqi imkanlarının araşdırılması nəzərdə tutulur”, - deyə hesabatda vurğulanıb.

11.09.2017 10:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ