Ən yuxarı statik reklam-3_3

"İşəgötürənlər öz işçilərini sığortalamaqdan yayına bilməyəcəklər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İşəgötürənlər öz işçilərini sığortalamaqdan yayına bilməyəcəklər"

Hazırda sığorta bazarında bu növ üzrə 3 həyat sığorta şirkəti fəaliyyət göstərir və bağlanılan icbari sığorta müqavilələri kağız daşıyıcıda qeydə alınır. Aidiyyatı qurumlar arasında texnoloji müstəvidə ünsiyyətin indiyədək lazımi səviyyədə olmaması bu icbari sığorta növü ilə bağlı mərkəzləşmiş elektron qeydiyyat sisteminin yaradılmasını əngəlləmişdir.

 

İcbari Sığorta Bürosundan “Marja”ya bildirilib ki, bu istiqamətdə əhəmiyyətli irəliləyişə nail olmaqdan ötrü İSB əmək münasibətləri sahəsində tənzimləyici orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə sıx əməkdaşlığa başlamışdır:

 

“İki qurumun nəzdində olan informasiya sistemlərinin qarşılıqlı inteqrasiyası nəticəsində işəgötürənlərin icbari mülki məsuliyyət sığortasının mütəşəkkil elektron xidmət şəklində dizayn edilməsi planlaşdırılır. ƏƏSMN-nin idarə etdiyi “Əmək müqavilələrinə dair bildirişlərin onlayn qeydiyyatı sistemi” işəgötürənlərin öz işçilərini icbari qaydada sığortalamasında açar mövqeyə malik olacaq. Belə ki, işəgötürənlər öz işçiləri qarşısında mülki məsuliyyətini sığortalamaqdan yan keçə bilməyəcək, bu isə işçilərin sosial müdafiəsinin gücləndirilməsinə öz töhfəsini verəcək. Bu məqsədlə hazırda İSB, ƏƏSMN və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müvafiq sistemləri arasında real zaman rejimində texnoloji əlaqənin təmin edilməsi üzərində birgə çalışmalar aparılır. Yuxarıda qeyd edilən məsələlərin həllini tapması bu icbari sığorta növünün perspektivdə tamamilə elektronlaşdırılmasına və geniş tətbiqinə yol açacaq”.

 

Bu məqsədlə hazırda İSB, ƏƏSMN və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müvafiq sistemləri arasında real zaman rejimində texnoloji əlaqənin təmin edilməsi üzərində birgə çalışmalar aparılır. Yuxarıda qeyd edilən məsələlərin həllini tapması bu icbari sığorta növünün perspektivdə tamamilə elektronlaşdırılmasına və geniş tətbiqinə yol açacaq.

11.09.2017 10:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ