Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Arıçılara dövlət dəstəyi gəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Arıçılara dövlət dəstəyi gəlir

Kənd təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov arıçılıq sahəsi üzrə subsidiyaların verilməsi məsələlərini müzakirə ediblər.

 

“H.Əsədov və B.Həsrətov arıçılıq sahəsi üzrə subsidiya mexanizmlərinin işlənməsi, arıçılıq məhsulları da daxil olmaqla kənd təsərrüfatı məhsullarının satışı üçün daimi fəaliyyət göstərən sərgi kompleksinin yaradılmasının vacibliyi vurğulayıblar”, - nazirliyin məlumatında deyilir.

 

Görüşdə həmçinin arıçılıqda xüsusi qeydiyyat sisteminin qurulması, xəstəliklərlə mübarizə işlərinin gücləndirilməsi, arıçıların kredit resuslarına çıxışının asanlaşdırılması və məqsədli dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsinə ehtiyac olduğu müzakirə edilib.

 

“Nazir Assosiasiya tərəfindən təqdim olunmuş təkliflərin həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib”, - məlumatda vurğulanır. 

11.09.2017 12:52

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ