Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"İnsanlar manatlarını gətirdikləri zaman TL satırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnsanlar manatlarını gətirdikləri zaman TL satırıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


"Ziraat Bank Azərbaycan" manatla türk lirəsi arasında üçüncü valyutaya ehtiyac olmadan ticarəti maliyyələşdirir.

 

"Marja" xəbər verir ki, bunu"Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirci  "İş Dünyamız"ın suallarına cavab verərkən bildirib.

 

"İnsanlar bizə manatlarını gətirdikləri zaman, onlara TL sataraq və TL gətirdikləri zaman manat sataraq bu işləri aparırıq. Yəni hər şeyi dövlətdən gözləmək lazım deyil. 2016-cı ildə 5 milyon türk lirəsi həcmində manat-lirə ticarəti etmişik. Bu il daha da artırmaq niyyətindəyik, nə qədər tələbat olacaqsa etməyə hazırıq. Ziraatın baş ofisi də bu məsələdə bizə dəstəkdir. İndi isə iki ölkənin mərkəzi banklarının da bu prosesə qoşulub "svop" anlaşmaları edərək qarşılıqlı dəyişimlərə başlaması lazımdır",- o deyib.


 
Avni Demirci qeyd edib ki, bu üsul sahibkarlar üçün sərfəlidir:


 
"Tutaq ki, Azərbaycandan bir iş adamı Türkiyədən mal almaq istəyir, amma əlində manatı var. İndi proses belədir: mal alınması üçün müqavilə dollar və ya avroda bağlanır, iş adamı burada manatını dollara çevirir və valyuta mübadiləsindən bir qədər itirir, oradan gedir Türkiyəyə və dollarını türk lirəsinə çevirərək bir dəfə də orada itirir. Yəni bu  üsul ilk növbədə vəsait itkisi ilə nəticələnir. Digər problem bu mübadilələrin vaxt itkisinə səbəb olmasıdır. Bizim sistemdə isə üçüncü ölkənin puluna ehtiyac olmadan öz pullarımızı birbaşa dəyişirik".

11.09.2017 15:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ