Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“26” kafesi Yazıçılar Birliyinə 8 min manat icarə haqqı ödəyirmiş - Foto

iç səhifə xəbər başlığı altı (mobil)_31
“26” kafesi Yazıçılar Birliyinə 8 min manat icarə haqqı ödəyirmiş - Foto
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Bu günlərdə bağlanması ilə ölkə gündəmində olan qalmaqallı “26” adlı kafesinin Yazıçılar Birliyinə aylıq 8000 manat icarə haqqı ödədiyi məlum olub. 

Reklam_3_11

 

Kafenin icarəsi ilə bağlı müqavilə Çingiz Abdullayevlə sahibkar Ramil Məmmədli arasında bağlanıb. Müqaviləyə əsasən, Yazıçılar Birliyinin binasında kafe açılıb və buna görə Birlik hər ay 8 min manat alıb. Müqavilə 2017-ci il martın14-də bağlanıb.

 

Çingiz Abdullayevlə “26” kafesinin sahibi Ramin Məmmədov arasında bağlanan müqavilənin fotosu da yayılıb.

 

Xatırladaq ki, daha öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Yazıçılar Birliyinin binası önünə gələrək, “26” kafesinin bağlanmasına şəxsən rəhbərlik edib. Şəhər başçısı kafe rəhbərliyini ittiham etmişdi ki, onlar iaşə xidməti obyektini “26 Bakı komissarı”nın və 100 il bundan əvvəl azərbaycanlıların soyqırımını törətmiş daşnakların şərəfinə adlandırıblar.


Kafe üçün yerin icarəyə verilməsi ilə bağlı Yazıçılar Birliyinin ünvanına ittihamlar səslənməyə başladığı bir vaxtda Hacıbala Abutalıbovla Birliyin katibi Çingiz Abdullayev arasında ictimaiyyətin gözü önündə mübahisələr başladı. Çingiz Abdullayev bildirdi ki, onun təmsil etdiyi strukturun kafenin açılması üçün yerin icarəyə verilməsinə heç bir aidiyyatı yoxdur.

© Haqqin.az

 

11.09.2017 18:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ