Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gəlirli bitki - alıcılara 1.80-2 manata təklif olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəlirli bitki - alıcılara 1.80-2 manata təklif olunur

Məişətdə yüz illərdir insanların istifadəsində olan süpürgənin qərb bölgəsində yığımına başlanılıb. Bu il məhsulun bol olduğunu deyən torpaq sahibləri gəlirli kənd təsərrüfatı bitkisinin həm dənindən yem kimi heyvandarlıqda, həm də gövdəsindən süpürgə kimi istifadə edirlər.

 

Reklam_3_11

Əsl adı sorqo olan, lakin məişətdə hamının süpürgə kimi tanıdığı bu dənli bitki qərb bölgəsində əsasən Qazax və Ağstafa rayonlarında becərilir. Yerli iqlim üçün xarakterik olan və xəstəliklərə dözümlülüyü ilə seçilən sorqo bitkisinin yığımına başlanılıb. Bu bitkinin demək olar ki, tullantı hissəsi yoxdur. Belə ki, gövdəsindən süpürgə, dənindən isə yem kimi heyvandarlıq və quşçuluqda geniş istifadə edilir. Yarpaqları da mal-qara üçün toplanıb istifadə edilir. Bir sözlə, sorqo min bir əziyyət hesabına ərsəyə gəlsə də, gəlirli bitki sayılır. Süpürgəni əsasən əl əməyi ilə sahədən toplayan kənd sakinləri bu il məhsulun bol olduğunu deyirlər.

 

Qazax rayonunun Çaylı kənd sakini Əvəz Qocayev deyib: “Mən, demək olar ki, bütün kənd təsərrüfatı məhsullarını əkib-becərmişəm. Bu məhsulların içində ən əziyyətlisi soğandır, amma süpürgə soğandan da əziyyətlidir, lakin gəlirlidir. İstədiyin vaxtı onu çıxarıb ehtiyacın üçün sata bilərsən. Süpürgənin əkinini mart ayında aparırıq”.

 

Süpürgənin biçini traktorla həyata keçirilir. Biçilən məhsul evə gətirilir və qabığı alınır, dəni xüsusi aparat vasitəsilə çıxarılır. Sonra dəstələnərək tikilir və satışa gedir.

 

Süpürgənin qiyməti isə hazırda yerli bazarlarda alıcılara 1.80-2 manata təklif olunur.

 

Qeyd edək ki, Qazax rayonunda süpürgə əsasən Çaylı kəndində, Ağstafada isə Kür sahili yaşayış məntəqələrində becərilir. 1 hektar sahədən yaxşı becərildikdə 2 tona qədər məhsul toplamaq mümkündür ki, bu da təxminən 2 min ədəd süpürgə deməkdir (3600-4000 manat gəlir). Suya dözümlü və istiyə tablı olan bitkinin üstün cəhətlərindən biri qurudulduqdan sonra saxlandıqda onun 3-4 il xarab olmadan keyfiyyətlini qoruya bilməsidir.

 

© Azərtac

12.09.2017 05:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ